CAREC-in Bakı Bəyannaməsi
16.11.2024 [09:20]
İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək
COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiya keçirilib. Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq və İnteqrasiya Departamentinin regional bölməsi tərəfindən keçirilən tədbirdə CAREC Proqramının Azərbaycanın inkişafına verdiyi töhfələrdən bəhs olunub. Tərəflər iqlim dəyişiklikləri ilə mübarizədə vahid yanaşma prinsipinə keçid, iqlim risklərinə qarşı təsirli hazırlıq mexanizminin qurulması, su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu fəaliyyətin təmin edilməsi istiqamətində tərəfdaşlığın gücləndirilməsini qərara alıb. Bu təşəbbüslərin gerçəkləşməsi məqsədilə üzv olan ölkələr arasında İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb.
“Yaşıl enerji” koalisiyasının üzvləri
Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı regionun və Azərbaycanın inkişafında mühüm rol oynayan platforma kimi son illərdə əhəmiyyətini və rolunu daha da artırmaqdadır. Proqrama üzv ölan ölkələrdə son illərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq xətlərinin artan dinamikası, xüsusilə də əmttə mübadiləsi, nəqliyyat daşınmaları, investisiya axınları bu təsisatın faydalı iqtisadi ortaq mühit yaratmaq potensialını nümayiş etdirir. Azərbaycanın CAREC ölkələri ilə son 2 ildə əlaqələrində xüsusi müsbət meyillər yaranması isə ölkəmizin regional müstəvidə fəallığını artırmasına dəlalət edir. Proqramın prioritet istiqamətlərindən biri olan nəqliyyat, ticarət və energetika sahələrində Azərbaycan daha çox təşəbbüskarlığı ilə diqqət çəkir, Uzaq Asiyadan Avropaya uzanan Yeni İpək Yolunun mərkəzi qovşağı olan Orta Dəhliz ailəsində lider ölkələrdən biri kimi çıxış edir. Azərbaycan bu təsisatın bir çox ölkəsi ilə ənənəvi enerji sahəsində sıx partnyordur və “yaşıl enerji” üzrə də hazlırda birgə koalisiya qurulub.
Azərbaycanın CAREC ölkələri ilə ticarətinin həcmi 4 milyard dollara çatıb
Yüksək Səviyyəli Sessiyada çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, proqram müxtəlif sektorlar üzrə layihələrə sərmayə qoyuluşunda dəstəkləyici rol oynayıb. Həmçinin, regionda mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycanın tranzit və logistika üzrə prosedurlarının təkmilləşdirilməsində və ticarətin rəqəmsallaşmasında CAREC-in xüsusi önəmi olub.
Azərbaycanın CAREC ölkələri ilə səməmərli əməkdaşlığı iqtisadi-ticari, investisiya dinamikasını böyüdüb. 2024-cü ilin doqquz ayı ərzində Azərbaycan ilə bu təsisata üzv olan dövlətlər arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb və ölkəmizin ümumi xarici ticarət balansında payı 11,5 faiz təşkil edib. Üzv ölkələrin Azərbaycana birbaşa investisiyaları isə 1,4 milyard dollara, respublikamızın birbaşa investisiyaları isə 4,2 milyard dollara çatıb.
İqlim hədəflərinə uyğun olaraq proqramda yer alan ölkələrin müasir gündəliyində karbon emissiyasını azaldan sənaye və nəqliyyat sxemlərinin yaradılması, logistika qovşaqlarının rəqəmsallaşması, ticarətin asanlaşdırılması, “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi əsas yer tutur. Azərbaycan həmin prinsiplərə sadiq qalaraq CAREC alyansı ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçün səylərini davam etdirir, xüsusilə də ticarətin asanlaşdırılması, nəqliyyat-tranzit daşımalarında qarşıqlıqlı güzəşt rejimlərinin təbiqi yollarını nəzərdən keçirir.
CAREC Bakı Təşəbbüsünə dəstək verir
CAREC-in iqlim hədəflərinin reallaşmasında maliyyə təminatı məsələsi də xüsusi əhəmiyyət kəsb edir ki, tərəflər bu sahədə iqlim maliyyəsinin dayanıqlılığını təmin etmək niyyətindədir. Proqrama daxil olan ölkələr iqlim maliyyəsi, investisiya və ticarət sahəsində Bakı Təşəbbüsünü (BICFIT) də dəstəklədiklərini bəyan edib. Bu sahədə Asiya İnkişaf Bankının (AİB) əsas donorlardan biri kimi rolunu artıracağı istisna deyil. Bankın prezidenti Masatsuqu Asakava bildirib ki, AİB CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondunda maliyyə təchizatçısı kimi fəaliyyətini artırmaq niyyətindədir. Bundan başqa, digər maliyyə institutlarının da dayanıqlı maliyyə portfelinin formalaşması üçün bu prosesə cəlb olunması təşviq edilməkdədir. Nəzərə alsaq ki, CAREC blokunda Asiya İnkişaf Bankı ilə yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı da tərəfdaşdır, onda Bakı Təşəbbüsünün və Hazırlıq Fondunun prioritetlərinə çatmaq üçün geniş və güclü maliyyə arxitekturası mövcuddur.
Göründüyü kimi CAREC-in məqsəd və prioritetlərinin icrasında fəal və təşəbbüskar ölkə kimi Azərbaycanın xüsusi aktivliyi birgə hədəflərə çatmaqda mühüm rol oynayır. Nəzərə alsaq ki, CAREC Proqramının yeni strateji çərçivə sənədinin hazırlanması ilə bağlı anlaşma sazişi də 2017-ci ilin may ayında Bakıda baş tutub, onda respublikamızın qlobal sazişlərin imzalanması üçün mərkəzi zona olması təsadüfi deyil.
COP29 çərçivəsində imzalanan “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi” üzv ölkələr arasında yeni hədəflərin gerçəkləşməsində, o cümlədən sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüslərin dəstəklənməsində əlaqələndirici platformanı formalaşdıracaq. Sənəd “yaşıl prinsiplər”ə çatmaqda bir sıra texniki-hüquqi proderların təkmilləşdirilməsinə, yeni fəaliyyət çərçivəsinin müəyyənləşməsinə və nəticədə birgə qarşılıqlı əlaqələrin güclənməsinə ciddi töhfə verəcək. Ticari və investisiya bloklarında daha asan rejimlərinin qurulması tərəflərin manesiz tranzitləri həyata keçirməsi, rəqəmsal mübadilələri tənzimləməsi proseslərini də yaxşılaşdıracaq. Bu isə əsas başlıca prinsiplərdən olan iqlim dəyişikliyi üzrə dialoqun təşviqinə və praktiki addımarın atılmasına imkan verəcək.
CAREC Nazirlər Konfransında İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı təqdim olunacaq. Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDin
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17

