“Azexport” qeyri-neft ixracında rəqəmsal liderliyini artırır
12.07.2024 [10:37]
Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri olan e-ticarətin həyata keçirilməsində əlaqələndirici kanallardan biri kimi “Azexport” portalı öz imkanlarını daha da artırmaqdadır. 8 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir.
Portal ölkəmizdə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir və bir sıra nüfuzlu e-ticarət platformalarına inteqrasiyanı hədəfləyib. Bu siyasətin mühüm uğurlarından biri kimi “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
Portalın ödəniş sistemləri ilə sıx əlaqələri də müasir trendlərdən birinə çevrilib və bu istiqamətdə “Payoneer” beynəlxalq ödəniş sisteminə qoşulmaqla bağlı əməkdaşlığını xüsusi qeyd etmək olar. Portal ödəniş sistemləri ailəsində yer almaq üçün “Payoneer”in Azərbaycan üzrə menecerinin təyin edilməsinə nail olub. Bu qlobal şirkətin “Azexport” portalı ilə birgə əməkdaşlığı üzrə çoxvektorlu addımların atılması nəzərdə tutulur. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.
Ümumiyyətlə, Azərbaycanın rəqəmsal arxitekturasında özünəməxsus yeri olan “Azexport” portalının Rəqəmsal Ticarət Qovşağının mühüm bir seqmentinə çevirrilməsi istiqamətində səylərini davam etdirir. Son 5 il ərzində
portalın nəzdində olan “Bir pəncərə”nin resurs bazasının gücləndirilməsi sayəsində Azərbaycan sahibkarları ilə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanması, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi imkanları genişlənib.
“Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub. Hazırda “Azexport” Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub. Portal ziyarətçilərinin əsas hissəsini körfəz və okeaniya ölkələri təşkil dən “www.go4worldbusiness.com”, Hindistan bazarını əhatə edən “www.indiamart.com”, “www.tradeindia.com” və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan “www.agrorubo.ru” kimi beynəlxalq elektron satış portallarına da inteqrasiya edilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsull?rının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb.
Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Digər əsas hədəflərdən biri”Azexport.az” portalını tam yeni bir inkişaf mərhələsinə keçidini təmin etməklə türkdilli dövlətlərin ortaq satış platformasına çevirməkdir. Bu plana əsasən, portalın Sərbəst Satış Sertifikatı (SSS) və Vahid İxrac Ərizəsi (VİƏ) platformalarının işinin təkmilləşdirilməsi həyata keçiriləcək ki, bu da xarici investorların Azərbaycanda sərmayə layihələrinə cəlbediciliyinə əlavə stimul verəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

