/ / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq velosiped turnirinə start verilib
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq velosiped turnirinə start verilib
11.05.2012 [00:50]
Məlum olduğu kimi, Azərbaycan daha bir beynəlxalq idman yarışına ev sahibliyi edir. Belə ki, mayın 9-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq veloturun açılışı olub. 23 yaşadək velosipedçilər arasında keçirilən və 5 mərhələdən ibarət olan beynəlxalq yarışa paytaxtın “Azadlıq” meydanında start verilib.
Məlumat üçün bildirək ki, 30 kilometrlik ilk mərhələyə əvvəlcə qadınlar başlayıb və bu mərhələ ölkəmiz üçün uğurlu olub. Belə ki, Azərbaycanı yarışda təmsil edən Yelena çalıx finiş xəttini birinci keçib. Bununla bağlı keçirilən mətbuat konfransında Təşkilat Komitəsinin üzvü Rövşən Məmmədov deyib ki, sonrakı yerləri Ukrayna təmsilçisi Olena Pavluxina və Litva təmsilçisi Aleksandra Sosenko tutublar. Jurnalistlərin suallarını cavablandıran Yelena çalıx “Bu, həm Azərbaycan velosiped idmanı, həm də ümumilikdə idmançılar üçün yaxşı başlanğıcdır. Həmvətənlərimizin gözü önündə qalib gəlmək xüsusilə xoşdur”, deyib.
Yeri gəlmişkən, qadınların mübarizəsindən sonra yarışın rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov öncə ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə toxunub. Nazir onu da deyib ki, ilk dəfə olaraq Azərbaycanda 17 ölkənin idmançılarının iştirak etdiyi beynəlxalq velosiped turniri keçirilir: “Sözsüz ki, ən vacib məsələlərdən biri ondan ibarətdlir ki, bu idman növü dünyada maraqla qarşılanır. Azərbaycanda da bu idman növünü populyar etmək, gəncləri bu idman növünə cəlb etmək və gələcəkdə yüksək nailiyyətlər əldə etmək lazımdır”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov isə çıxışında ölkəmizdə digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idmana da hərtərəfli dövlət qayğısının göstərildiyini deyib: “Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. Olimpiya ideyaları təbliğ olunur, idmançılarımız beynəlxalq arenalarda ciddi uğurlar qazanırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilib. Gənclərin müntəzəm şəkildə idmanla məşğul ola bilmələri üçün yeni idman və Olimpiya kompleksləri, stadionlar tikilir. ölkəmizin paytaxtı Bakı hər il bir çox nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Növbəti hədəflərdən biri də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmaqdır”.
Fazil Məmmədovun sözlərinə görə, şübhə yoxdur ki, belə bir əlamətdar vaxtda start götürən beynəlxalq velotur böyük bir idman bayramı olmaqla bərabər, həm də ölkəmizdə yeniyetmələr və gənclər arasında idmanın bu növünə marağın artmasına səbəb olacaq, velosiped idmanının dirçəldilməsinə və sürətlə inkişaf etdirilməsinə güclü təkan verəcək: “Sevindirici haldır ki, bu yarışın marşrutları yalnız paytaxtımız Bakının deyil, həm də ölkəmizin şəfalı guşələrindən olan Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının da ərazilərindən keçir. Mən veloturun hazırlanmasında və keçirilməsində fəal iştirak edənlərin hamısına, Azərbaycanda belə mötəbər turnirin təşkilinə göstərdiyi etimada və köməyə görə Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) rəhbərliyinə təşəkkürümü bildirirəm. Əminəm ki, yarışlar maraqlı və gərgin mübarizə şəraitində keçəcək, yaddaqalan idman hadisəsinə çevrilərək, hər birimizdə xoş təəssürat yaradacaq”.
Fazil Məmmədov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turnirini açıq elan etdikdən sonra isə yarışda kişilərin mübarizəsinə start verilib. Bu yarışda bütün yüksək yerləri Rusiyanın “İtera Katyuşa” klubunun üzvüləri tutublar. Yarışın qalibi Aleksandr Qriqoryev olub. Növbəti yerləri isə onun həmvətənləri Gennadi Tatarinov və Kiril Yatseviç tutublar.
Qeyd elək ki, mayın 13-dək davam edəcək veloturun ikinci mərhələsinə mayın 10-da start verilib. Həmin gün peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənib. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra isə yarış iştirakçıları Bakıya qayıdacaqlar.
Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən ilk beynəlxalq veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, həmçinin, Gənclər və İdman Nazirliyidir. Yarışın texniki cəhətdən təşkilini Almaniyanın “Freunde Eventlogistik” şirkəti həyata keçirir. Bu velotur Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Azərbaycanda ilk dəfə keçirilən velosiped idman yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar (ümumilikdə 17 ölkədən 180 idmançı-N.A) qatılıb.
P.S. Yarışın ikinci mərhələsində velosipedçilər Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə 176 km məsafəni qət ediblər. Bu mərhələnin qalibi İspaniya təmsilçisi 20 yaşlı Dieqo Rubio Hernandea olub. Əlcəzairli Yusif Rəqiqi isə ümumilikdə 2 mərhələnin qalibi olub. Mükafatçılar arasında Azərbaycan təmsilçisi Qurban Tağıyev də var. Bu barədə geniş reportajı növbəti sayımızda oxuya bilərsiniz.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

