/ / Nigar Arpadarai: 2016-2019-cu illərdə keçirilən Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına böyük fayda verib
Nigar Arpadarai: 2016-2019-cu illərdə keçirilən Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına böyük fayda verib
16.01.2020 [09:24]
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-2019-cu illərdə Bakıda təşkil edilən Formula 1 yarışları ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yanvarın 15-də təşkil olunan mətbuat konfransında deyib.
N.Arpadarai bildirib ki, araşdırmanın nəticələrinə görə, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Hesabatda 506,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula 1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
“Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektoru tutur. Bakıda keçirilmiş dörd Formula 1 yarışı ərzində qeydə alınmış birbaşa gəlirlərin 73,8 milyon dolları məhz bu sektorların payına düşür. Həmin dövrdə ümumilikdə birbaşa gəlirlər 300,6 milyon dollar təşkil edib. Bu göstəriciyə Formula 1 ilə əlaqədar Bakıya gələn qonaqlara və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və sair istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bununla birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir. Dörd Qran-Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205,7 milyon dollar təşkil edib”, - deyə BŞH rəsmisi diqqətə çatdırıb.
N.Arpadarai bildirib ki, gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çoxlu sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016-cı və 2017-ci illərdə 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.
Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının böyük rol oynadığını deyən BŞH-nin rəsmisi vurğulayıb ki, 2018-ci ildə keçirilən Azərbaycan Qran-Prisini 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib: “Sponsorluq danışıqlarını davam etdiririk. Qarşıdakı iki ay ərzində hər şey dəqiqləşəcək. Əsas hədəfimiz tamaşaçı sayını artırmaqdır. Azərbaycandan bilet alanların sayı hələ ki çox deyil. Bu günədək biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz azarkeşlərin, xüsusilə turistlərin sayını artırmaqdır. Çünki onların Azərbaycana axını ölkəyə gəlir gətirəcək. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əgər ötənilki Qran-Priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə onların sayının daha çox olacağına inanırıq”.
Ötən illərlə müqayisədə biletlərin alınmasında İngiltərə, Almaniya, Niderland, Finlandiya və Avstriyanın ilk pillədə qərarlaşdığını deyən B.Özərdim bildirib ki, əsas məqsəd biletlərin regiondan deyil, uzaq məsafələrdən alınmasına nail olmaq idi.
“PwC Azərbaycan” beynəlxalq audit şirkətinin nümayəndəsi Bəhruz Hüseynzadə BŞH ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını və qurumun müraciətinə əsasən ikinci hesabatın hazırlandığını diqqətə çatdırıb.
Qeyd edək ki, builki Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

