Qurban Qurbanov: Bakıda ehtiyatlı olmalıyıq
01.08.2009 [10:10]
“Qarabağ” Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. Klublarımız 1994-cü ildən qatıldığı avrokuboklarda indiyədək heç vaxt ardıcıl 3 oyun qapısının toxunulmazlığını qoruya bilməyib. İlk olaraq buna “Qarabağ” nail olub ki, hazırda milli komandamızın da əsas qapıçısı olan Fərhad Vəliyevin “quru seriya”sı artıq 270 dəqiqəyə çatıb. Cari mövsümdə avrokuboklarda çıxış edən klublarımızdan yalnız Ağdam təmsilçisi qol buraxmayıb ki, bu da 29 yaşlı qapıçının sayəsində mümkün olub. İndiyədək klublarımız bir mövsümdə ardıcıl üçüncü oyunda qələbə üzünə həsrət qalmışdı. “Qarabağ” bu uğursuz sindroma son qoymaqla, 2 rekord müəyyənləşdirdi. Komandamızın qazandığı qələbədə böyük pay sahibi olan baş məşqçi Qurban Qurbanov qarşılarına qoyulan məqsədə nail olduqlarını bildirsə də, Bakıda ehtiyatlı oynamağın tərəfdarıdır: “Bizim məqsədimiz ən azı qol buraxmamaq idi. Maksimum vəzifənin öhdəsindən gəldik. Rəqibin oyununu analiz etmək üçün yaxşı imkanlarımız oldu. Həm də rəqib yorğun idi. Onlar həftəsonu çempionat oyununa çıxmışdı. Biz müdafiədə diqqətli olmalı və arxada boşluqlar yaranmasına imkan verməməli idik. Qarşıya qoyulan məqsədə çatmaq üçün hər bir futbolçuya ən azı meydanın özümüzə aid olan hissəsində diqqətli olmağı, komanda halında müdafiə olunmağı tapşırmışdım. Rəqib ucaboy oyunçularından yararlanmağa çalışırdı. Bir müddət pressinq tətbiq etdilər. Qoldan sonra isə istər-istəməz üstümüzə gəlməyə başladılar ki, bu zaman müdafiələrində boşluqlar yarandı. Bundan istifadə edib çox sayda qol imkanı yaratdıq. Düzdür, bir qol vurduq. Amma bu, səfər oyunu üçün normal nəticədir. Mübarizə hələ başa çatmayıb. Kubok oyunları iki matçdan ibarət olur. Biz ehtiyatlı olmalıyıq. çünki Bakıda rəqib hücum edəcək. Onların heyətində ucaboy oyunçular var. Biz, həmçinin, ilk oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq”.
Komandanın kapitanı Aslan Kərimov da sevinmək üçün tələsmir: “İlk matçda yaxşı oyun nümayiş etdirdik. Bunun nəticəsi olaraq qələbə qazandıq. Deyə bilmərik ki, artıq mərhələ adlamışıq. Düzdür, bizim şansımız daha çoxdur. Cavab matçında da hücum edib, qələbə qazanmalıyıq. Bakıda azarkeşlərimizin dəstəyinə bel bağlayacağıq”.
Qeyd edək ki, UEFA-nın rəsmi saytında “Honka”-”Qarabağ” matçı ilə bağlı yazı yerləşdirilib. Yazıda bildirilir: “İlk hissədə meydan sahiblərinin qol vurmaq imkanları var idisə, fasilədən sonra meydanda yalnız qonaqlar diqtə edən tərəf idi. Finlərin qapıçısı Yanne Henriksson Vüqar Nadirov və Vaqif Cavadovun zərbələrindən sonra komandasını qoldan xilas etdi. Emin İmaməliyev və Admir Telinin zərbəsi isə dəqiq olmadı. Nəhayət, 70-ci dəqiqədə qonaqlar rəqib qapısına yol tapdılar: oyunu üzərinə götürən Elvin Məmmədov rəqibin cərimə meydançasına daxil olaraq sərrast zərbə ilə topu qapının uzaq “doqquzluğuna” göndərdi. Bununla “Qarabağ” cavab oyunu ərəfəsində üstünlük əldə etdi”.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49

