Rəsul Çunayev Azərbaycan yığmasına beşinci Olimpiya medalını qazandırdı
18.08.2016 [11:24]
Onu qarşıda hələ neçə-neçə Olimpiya Oyunları və medalları gözləyir!
Avqustun 5-dən Braziliyanın ikinci ən böyük şəhəri olan Rio-de-Janeyroda start götürən XXXI Yay Olimpiya Oyunları həyəcanı davam edir. 200-dən artıq ölkənin qatıldığı bu möhtəşəm idman bayramında Azərbaycan 56 idmançı ilə iştirak edir. Yarışların 11-ci gününədək Azərbaycan milli komandası aktivlərinə 2 gümüş və 3 bürünc medal yazdırıb. Nəzərə alsaq ki, Olimpiya Oyunlarında medal qazana biləcək potensiala sahib idmançılarımızın bəziləri hələ də mübarizəyə qoşulmayıblar, onda bu nəticəni qənaətbəxş hesab etmək olar.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan milli komandasına 5-ci medalı yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının çempionu Rəsul Çunayev gətirib. 66 kq çəki dərəcəsində yarışan Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk görüşdə kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə öz xeyrinə başa vurub. Rəsulun 1/8 finalda rəqibi rusiyalı Olimpiya çempionu İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib. Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini elə ilk hissədə həll edib - 10:2. Yarımfinal görüşündə ani bir diqqətsizlik təmsilçimizin məğlubiyyətinə səbəb olsa da, Azərbaycan güləş məktəbinin ən parlaq nümayəndələrindən olan Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc medal uğrunda görüşdə Cənubi Koreyadan rəqibi Hansu Ryu ilə güləşib. 8:0 hesabı ilə qalib gələn pəhləvanımız Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Doğrudur, yarımfinaldakı məğlubiyyətindən sonra sosial şəbəkələrdə Rəsul Çunayevin ünvanına qeyri-adekvat ifadələr işlədilib. Amma nəzərə almalıyıq ki, bu idmandır, üstəlik Olimpiya Oyunlarıdır. Burada nəinki idman ilinin qalibləri, hətta “yaxşıların ən yaxşısı” olan idmançılar yalnız lisenziya əsasında iştirak etmək hüququ qazanırlar. Hansı idmançı istəməz ki, təmsil etdiyi dövlətin bayrağını Olimpin zirvəsinə qaldırsın?! 25 yaşlı Rəsul Çunayevin də elə arzusu bu idi. O, müsahibələrində həmişə özünü Azərbaycan dövlətinin əsgəri adlandırır, bu dövlətin şərəfini hər zaman qorumağa hazır olduğunu vurğulayır. Bu günə qədər də bizə yaşatdığı böyük qələbələrlə Rəsul ölkəmizi ən yüksək səviyyədə təmsil etdiyini sübuta yetirdi. Xatırlayaq, ötən il Bakıda keçirilən ilk Avropa Oyunlarında final görüşündə qalib gələn Rəsul Çunayevin qələbəsini hərbi salamla qeyd etməsi idmansevərlərin xatirindədir. Bax bu idi əsl Vətən sevgisi! Nə qədər ki, idmançının qəlbində Vətəninə, dövlətinə, millətinə bu sevgi hissi güclüdür, o, mütləq yarışlarda qalib gələcəkdir. Rəsul Çunayevin isə cəmi 25 yaşı vardır. Demək, onu hələ qarşıda neçə-neçə Olimpiya Oyunları və medalları gözləyir!
Hər bir idmansevər inanır, hətta əmindir ki, Rəsul Çunayevin Rio-dakı məğlubiyyəti sırf texniki xarakter daşıyırdı və o qarşıdakı Olimpiya Oyunlarında mütləq bu məğlubiyyətin əvəzini çıxaraq vətənə Olimpiya qızılı ilə dönəcək. Elə buna Rəsulun özü də əmindir.
Görüşlərdən sonra mediaya açıqlamasında “Mən çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - Olimpiya çempionu, dünya çempionu. Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim”, - deyən Rəsul Çunayev Rioya qızıl medal dalınca gəldiyini də gizlətməyib: “Mən Rio-ya qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım. Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm... Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim”.
Odur ki, gəlin hamılıqla Rəsul Çunayevə dəstəyimizi əsirgəməyək. Onu qarşıdakı turnirlərə, Olimpiya Oyunlarına ruhlandıraq! 2020-ci ilədək, Rəsul! Sənin Tokiodan Vətənə Olimpiya qızıl medalı ilə dönəcəyinə əminik!
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

