Görkəmli məşqçi Fuad Cəfərov Azərbaycan şahmat tarixində silinməz izlər qoyub
15.12.2015 [10:12]
Azərbaycanda şahmatın inkişafında Respublika Şahmat Mərkəzinin ilk direktoru, beynəlxalq dərəcəli hakim və Əməkdar məşqçi Fuad Cəfərovun misilsiz xidmətləri olub. Məhz onun rəhbərliyi ilə respublikamızda güclü şahmat məktəbi formalaşıb, ölkəmizi mötəbər beynəlxalq turnirlərdə təmsil edən zəka ustaları yetişib.
Vaxtilə güclü idmançıların bir çoxu ilk addımlarını Bakı Pionerlər Sarayının şahmat dərnəyində atıb. Fuad Cəfərov da burada püxtələşib, ustalığa namizəd dərəcəsi alıb. Onun məşqçı karyerası da elə bu dərnəkdə başlayıb. Çox keçmədən şagirdləri Bakı, respublika və keçmiş SSRİ miqyasında bir sıra uğurlara imza atıblar. “Ağ top”, “Komsomolskaya pravda” qəzetinin keçirdiyi turnirlərdə Azərbaycan şahmatçılarının qazandığı uğurlarda Fuad Cəfərovun özünəməxsus payı var. Moskvada ali məşqçilər kursunu bitirmiş Fuad müəllim, eyni zamanda, yaxşı təşkilatçı idi və bu bacarığı nəzərə alınaraq yeni yaradılan Respublika Şahmat Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 1986-cı ildən ömrünün sonunadək həmin vəzifədə çalışıb. Onun təşəbbüsü və təşkilatçılığı ilə bir çox müxtəlif səviyyəli yarışlar və təlim-məşq toplanışları, rusiyalı qrossmeyster Mixail Botvinnik məktəbinin Bakıda seminarı keçirilib. Bu tədbirlər Azərbaycanda şahmatın kütləviliyinin artmasında və inkişafında əhəmiyyətli rol oynayıb.
Tanınmış şahmat məşqçisi, uzun illər Respublika Şahmat Mərkəzinə rəhbərlik etmiş Fuad Cəfərov on bir ildir ki, aramızda yoxdur. Lakin onun adı bu gün də idman ictimaiyyəti, şahmatsevərlər arasında ehtiramla çəkilir, gördüyü işlər minnətdarlıq hissi ilə xatırlanır.
Azərbaycanın şahmat tarixində Fuad Cəfərovun doğrudan da silinməz izlər qoyub. İlqar Bacarani, Sərxan Quliyev, Vladislav Verdixanov, Rauf Məmmədov, Nicat Məmmədov, Loğman Quliyev kimi güclü şahmatçılar məhz onun rəhbərliyi ilə yetişiblər. Tələbələri daim respublika və beynəlxalq miqyaslı yarışların mükafatçıları sırasında yer alıb. 1983-cü ildə keçirilən ittifaq səviyyəli yarışda onun məşqçisi olduğu Bakı Pionerlər Sarayının komandası ikinci yeri tutub. O, beynəlxalq dərəcəli hakim kimi də ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edib.
Beynəlxalq qrossmeyster Aynur Sofiyeva Fuad Cəfərovla bağlı xatirələrini bölüşərək deyir: “Fuad müəllim mənim xatirəmdə ilk növbədə gözəl insan kimi qalıb. Onun Şahmat Mərkəzində yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, xüsusən gənclərə səmimi münasibəti heç vaxt yadımdan çıxmır. Məhz buna görə də şahmatçılar, xüsusən də gənc idmançılar arasında böyük nüfuz və rəğbət qazanmışdı. Mən də Fuad Cəfərova bu yüksək keyfiyyətlərinə görə həmişə hörmət bəsləmişəm və xatirəsi bu gün də qəlbimdə yaşayır”.
Şahmatın sirlərini ilk müəllimi Fuad Cəfərovdan öyrənən, onun istedadlı tələbələrindən olan beynəlxalq usta İlqar Bacarani də ustadı barədə rəğbətlə danışır: “O, peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. Şagirdlərinə can yandırar, onların peşəkarlığının artırılmasına, insani münasibətlərə ciddi əhəmiyyət verərdi. Məhz Fuad müəllimin təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində xeyli işlər görülüb. Onun təşəbbüsü ilə “Ağ top” yarışları, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirləri keçirilir, “Bakı” qəzetinin şahmat rubrikasında maraqlı kompozisiyalar verilirdi. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu. Təsadüfi deyil ki, məhz onun sayəsində hələ SSRİ dövründə Respublika Şahmat Mərkəzinin komandası Almaniyaya dəvət edilmişdi”.
Hələ uşaq yaşlarından şahmata xüsusi sevgisi olan Fuad Cəfərov hərbi xidmət illərində Qafqaz qarnizonunun təmsilçisi kimi yarışlarda iştirak edirdi. O, yetirmələrinə şahmatın sirlərini öyrədir, eyni zamanda, hüquq fakültəsinin axşam şöbəsində təhsil alırdı. Ali təhsilli hüquqşünas olsa da, bütün ömrünü şahmatın inkişafına həsr etdi.
Müəlliminin yüksək insani keyfiyyətlərindən danışan beynəlxalq qrossmeyster Sərxan Quliyev deyir ki, Fuad müəllim hər zaman yetirmələrinə mənəvi dayaq olurdu: “Onun təşkilatçılığı ilə keçirilən yarışlarda Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi gənc şahmatçılar yetişdilər. Fuad müəllimin yetirmələri bu gün də ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Çox təəssüf ki, Fuad Cəfərov dünyadan vaxtsız köçdü. Şahmat ictimaiyyəti onun xatirəsini hər zaman dərin ehtiramla yad edir. Fuad Cəfərovun mənəvi dünyasının zənginliyi, yüksək insani keyfiyyətləri və xeyirxahlığı onu tanıyanların yaddaşından heç vaxt silinməyəcək”.
Fuad Cəfərovun şahmatın inkişafındakı xidmətləri layiqincə qiymətləndirilir, xatirəsinə həsr olunmuş turnirlər, yarışlar keçirilir.
Bu il isə 60 illik yubileyi münasibətilə Azərbaycan Şahmat Federasiyasının və Respublika Şahmat Mərkəzinin dəstəyi ilə daha geniş tədbirlər təşkil olunub. Dekabrın 5-də Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı çərçivəsində keçirilən turnirlərdə ümumilikdə 300-dək şahmatçı iştirak edib.
Festivalın baş təşkilatçısı - beynəlxalq usta və beynəlxalq hakim İlqar Bacarani bir neçə ölkədən nümayəndələrin də qatıldığı turnirlərin beynəlxalq status aldığına görə festivalın Beynəlxalq Şahmat Festivalının təqviminə daxil edildiyini bildirib. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov görkəmli məşqçi Fuad Cəfərovun ölkəmizdə şahmatın inkişafına verdiyi töhfələrdən, təşkilatçılıq qabiliyyətindən, yetişdirdiyi şahmatçılardan söhbət açıb, onunla bağlı xatirələrini bölüşüb.
Göründüyü kimi, Fuad Cəfərov barəsində hamı ürək dolusu, sonsuz rəğbətlə danışır. Dünyadan erkən köçsə də (1955-ci il martın 27-də doğulub, 2004-cü il noyabrın 14-də vəfat edib), mənalı və işıqlı bir ömür yaşayıb. Buna görə də unudulmur, xatirəsi ürəklərdə yaşayır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

