/ / İslam Həmrəylik İdman Federasiyasının Bakı toplantısının iştirakçıları idman arenaları ilə tanış olublar
İslam Həmrəylik İdman Federasiyasının Bakı toplantısının iştirakçıları idman arenaları ilə tanış olublar
05.11.2015 [10:22]
İslam Həmrəylik İdman Federasiyasının Bakıda təşkil olunan IX Baş Assambleyasının iştirakçıları IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektləri və Atletlər Kəndi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Bakı Su İdmanı Sarayına baş çəkiblər.
İdman kompleksi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Su İdmanı Sarayı təkcə peşəkarlar üçün nəzərdə tutulmayıb. Vərdiş səviyyəsindən asılı olmayaraq, burada hər kəs üzgüçülüklə məşğul ola bilər. İdman kompleksinin hovuzları ən müasir beynəlxalq keyfiyyət standartlarına və texnoloji tələblərə cavab verir.
Bildirilib ki, əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Onun uzunluğu 50, eni 25, dərinliyi 3 metrdir. Hovuzda 1, 3, 5, 7,5 və 10 metr hündürlükdən suya tullanmaq üçün 5 pilləli platforma inşa edilib. Üzgüçülüyə yeni başlayanlar uzunluğu 25, eni 50 metr olan və 20 zolaqdan ibarət hovuzdan istifadə edirlər. Ümumi sahəsi 2500 kvadratmetr olan fitnes mərkəzinin 8 zalında idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Məkanın bir hissəsi qrup şəklində rəqs, yoqa, pilates, zumba, sayklinq məşğələlərinə ayrılıb.
Daha sonra qonaqlar Milli Gimnastika Arenasında olublar.
Məlumat verilib ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Arenanın gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb. Zalda ən son gimnastika avadanlığı quraşdırılıb.
Qeyd olunub ki, hazırda idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal məşğul olur.
Qonaqlar Bakı Olimpiya Stadionunda da olublar.
Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini iştirak ediblər. İlk Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub.
Qeyd olunub ki, müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən və 69 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri var. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Diqqətə çatdırılıb ki, Bakı Olimpiya Stadionunda ilk futbol matçı oktyabrın 10-da Azərbaycan və İtaliya milli komandaları arasında keçirilib.
Sonra Atletlər Kəndinə gələn qonaqlar burada yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 13 yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı mindən çox mənzil var. Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7500 atletin və rəsmi şəxsin yerləşməsi mümkündür. Atletlər Kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı təmin olunub.
İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasının iştirakçıları IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi obyektlərdə və Atletlər Kəndində yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

