/ / Birinci Avropa Oyunlarının onuncu günü Azərbaycan gimnastlarının uğurlu çıxışları ilə yadda qalıb
Birinci Avropa Oyunlarının onuncu günü Azərbaycan gimnastlarının uğurlu çıxışları ilə yadda qalıb
23.06.2015 [09:37]
İyunun 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2015” birinci Avropa Oyunlarının mükafatçıları olan Azərbaycan idmançıları ilə ictimaiyyət nümayəndələrinin ənənəvi görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışların onuncu gününün Azərbaycan gimnastlarının uğurlu çıxışları ilə yadda qaldığını deyib. Qeyd olunub ki, lentlə fərdi çıxışlarda Azərbaycanı təmsil edən Marina Durunda gümüş, batut üzərində fərdi tullanma yarışlarında isə idmançımız İlya Qrişun bürünc medal qazanıblar. Bununla da Azərbaycan yığmasının hesabındakı medalların sayı 35-ə çatıb.
Nazir müavinin bildirib ki, idmançılarımız hər gün qələbələr qazanaraq tarix yazırlar. Bütün bu uğurlar isə dövlətimizin idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir. Ötən il isə idmançılarımız ümumilikdə 805 medal qazanıblar. Bu qələbələr Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub.
“Azərbaycan gimnastları birinci Avropa Oyunlarında 7 medal qazanıblar. Bu da böyük uğurdur. Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qayğısı sayəsində gimnastika ölkəmizdə inkişaf edir və gimnastlarımız parlaq qələbələrə imza atırlar”, - deyə İ.İsmayılov bildirib.
O, qarşıdakı yarışlarda idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə, Azərbaycan bayrağını yüksəyə qaldıracaqlarına inamını ifadə edib.
Yarışların onuncu günündə Azərbaycana medal sevinci yaşadan gimnastlarımız Marina Durundaya və İlya Qrişuna MOK-un hədiyyələri təqdim olunub.
Marina Durunda deyib: “Uğurumu Azərbaycan xalqına həsr edirəm. Birinci Avropa Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyim üçün çox xoşbəxtəm və bununla qürur duyuram. Azərbaycan Gimnastika Federasiyasının, məşqçilərin və azarkeşlərin dəstəyi olmadan medal qazana bilməzdim. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu, hazırlığımız üçün əla şərait yaradılmışdı”.
Gələcək planlarından danışan idmançı qeyd edib ki, qarşıda onu dünya çempionatı gözləyir və buna görə onun istirahət etməyə vaxtı olmayacaq.
İlya Qrişun isə ona göstərilən etimadı doğrultduğuna görə sevindiyini bildirib. İdmançı uğurlu çıxışına dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15

