/ / Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışında dünya rekordu yenilənib
Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışında dünya rekordu yenilənib
21.06.2015 [13:51]
İyunun 19-da Bakı Atıcılıq Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarının dördüncü günü maraqlı qarşılaşmalarla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə, qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma, həmçinin kişilər arasında qoşa səngər stendi yarışları keçirilib.
Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi artıq başa çatıb. Yarışlarda ölkəmizi təmsil edən İradə Aşumova bu mərhələni 17-ci yerdə başa vurub. Yarışlar iyunun 20-də davam edəcək.
Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışlarının qalibi İtaliya idmançısı Petra Zublasinq olub. O, qızıl medal uğrunda serbiyalı İvana Maksimoviç, fransalı Laurens Brize, isveçrəli Petra Lustenberger, almaniyalı Beate Qauss, ukraynalı Nataliya Kalnyuş, avstriyalı Olivia Hofman və böyük britaniyalı Cennifer Makintoş ilə mübarizədə rəqiblərinə qalib gəlib.
İtaliyalı atlet sonuncu dünya rekordunu yeniləyərək 464.7 xalla birinciliyi təmin edib. İdmançı, həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
İkinci yerə fransalı Laurens Brize, üçüncü yerə isə avstriyalı Olivia Hofman çıxıblar.
Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfəng ilə atəş və kişilər arasında qoşa səngər stendi yarışlarında Azərbaycan təmsilçisi iştirak etməyib.
On altı idmançının iştirak etdiyi kişilər arasında qoşa səngər stendi yarışının təsnifat mərhələsindən yarımfinala 6 ölkə - Almaniya, Macarıstan, Rusiya, İtaliya, Böyük Britaniya və Slovakiya idmançıları yüksəliblər.
Bu yarışların qalibi Rusiya idmançısı Vitali Fokeyev olub. O, qızıl medal uğrunda mübarizədə macarıstanlı Riçard Boqnardan üstün oyun nümayiş etdirərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. V.Fokeyev “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
İkinci yerə macarıstanlı Riçard Boqnar, üçüncü yerə isə italiyalı Antonino Barilla çıxıb.
Sonra qaliblər mükafatlandırılıb.
Medalları atletlərə Beynəlxalq İdman Atıcılığı Federasiyasının idarə heyətinin üzvü Kevin Kilti və Malta Olimpiya Komitəsinin prezidenti Culian Paçe Bonello təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

