“Alov Qoruyanlar”
11.06.2015 [09:32]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri artıq başa çatıb. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirəcək. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Bu, həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımızın qələbəsidir”. Bunu Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, “Bakı-2015”in könüllüsü Aydın Xankişiyev deyib.
O, ölkəmizin “Eurovision” mahnı yarışmasında olduğu kimi, birinci Avropa Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcəyini bildirib: “Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz bu cür möhtəşəm bir tədbirə ev sahibliyi edir. Mən əminəm ki, bizə həvalə olunan bu məsuliyyətli, məsuliyyətli olduğu qədər də şərəfli işin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
“Bakı-2015”in könüllüsü yarışlarda könüllülərin görəcəyi işlərdən də danışıb: “Müsabiqəyə böyük həvəslə qatılmışam. İşimdən də razıyam. Hesab edirəm ki, bundan yaxşı, eyni zamanda, şərəfli bir iş ola bilməz. Ölkəmi təbliğ etmək hər yerdə tanıtmaq. Düşünürəm ki, minlərlə könüllü ailəsinə qatılan gənc bu gün bu fikirdədir. Fürsətdən istifadə edib, bu şərəfli, həm də məsuliyyətli işlərində gənclərimizə uğurlar arzu edirəm. İnanıram ki, onlar ölkəmizi təbliğ etmək və daha da yaxından tanıtmaq üçün verilən bu fürsətdən daha yaxşı yararlanacaq və işlərinin öhdəsindən layiqincə gəlməyi bacaracaqlar”.
“Birinci Avropa Oyunları Azərbaycanın Avropada və dünyada daha yaxından tanınmasına müsbət təsir göstərəcək”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi “Bakı-2015”in könüllüsü Həmayıl Ələsgərova deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunlarında gənclər xüsusi fəallıq göstərməlidir və hər kəs bu yarışlara öz töhfəsini verməlidir: “Biz gənclər ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir əlamətdar günlərdə hər zaman dövlətimizin, xalqımızın və Prezidentimizin yanında olmalıyıq. Bu baxımdan ilk Avropa Oyunları zamanı da Azərbaycan gəncliyinin yarışlarda könüllü qismində fəal iştirakı olduqca vacibdir. Bu gün hər kəs bu yarışlara öz töhfəsini verməlidir. Ən azından ölkəmizə gələn qonaqlarda Azərbaycan haqqında xoş təəssüratlar yaratmaq, ölkəmizi təbliğ etmək, tariximiz, mədəniyyətimiz haqqında turistlərə bilgi vermək biz gənclərin bilavasitə desək həm vəzifəsidir, həm də borcudur”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42

