“Alov Qoruyanlar”
10.06.2015 [09:09]
2 gündən sonra Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları yarışmasına ev sahibliyi edəcək. Artıq Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır və qonaqları qəbul etməyə başlayır. Sözsüz ki, bu cür mötəbər yarışmanın Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Birinci Avropa Oyunları tarixi bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq, “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Bakı-2015” ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Arzu Qurbanova deyib.
O, ilk Avropa Oyunlarının tariximizi, eləcə də, üzləşdiyimiz faciələri və mədəniyyətimizi təqdim etmək baxımından dünyanın informasiya məkanına yeni çıxış imkanı olduğunu bildirib: “İlk Avropa Oyunları ilə həm Azərbaycan, həm idmançılar, həm də ölkə vətəndaşları tarixə düşəcəklər. Çox sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit ölkə kimi tam təsdiqləməsi 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərarın qəbul edilməsi ilə nəticələnib. Artıq bu Oyunların keçirilməsinə sadəcə 2 gün qalır. Bu da bizim həyəcanımızı daha da artırır. Oyunların keçiriləcəyi günü səbirsizliklə gözləyirik. Bizi daha çox həyəcanlandıran, eyni zamanda, qürurlandıran - “Bakı-2015” könüllüləri olaraq yarışlarda iştirakımızdır. İnanıram ki, biz bu işin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
“Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Səadət Qarayeva deyib.
O, sözügedən Oyunların ölkəmizin təbliğ edilməsi, eyni zamanda, daha da tanınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, yarışlarda “Bakı-2015” könüllülərinin üzərinə ikiqat məsuliyyət düşür və onlar bu işin öhdəsindən layiqincə gələcəklərinə inanırlar: “Bura gələn turistlərdə ölkəmiz haqqında xoş təəssüratlar yaratmaq üçün biz əlimizdən gələni etməyə hazırıq. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, hər zaman yüksək səviyyədə keçirilib. Mən inanıram ki, ölkəmiz bu yarışlara da yüksək səviyyədə ev sahibliyi edəcək. Ümidvaram ki, ilk Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə də şərait yaradacaq və təcrübəmizi artıracaq”.
“Bakı-2015”in könüllüsü birinci Avropa Oyunlarının ölkə idmanının daha da inkişaf etməsinə müsbət təsir göstərəcəyini bildirib: “Düşünürəm ki, ilk Avropa Oyunları idmanımızın inkişafına səbəb olmaqla yanaşı, eyni zamanda, gənclərimizi idmanla məşğul olmağa daha da həvəsləndirəcək. Bu yarışlar, eyni zamanda, ölkədə yeni nəsil idmançıların yetişməsinə də səbəb olacaq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

