Fərid Nəsibov: Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
02.06.2015 [16:33]
“Bakıda keçiriləcək birinci Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin koordinatoru Fərid Nəsibov deyib. O, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının ölkəmizin təbliğatı və dünyadakı imicinin yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “İlk Avropa Oyunları böyük auditoriyası olan idman yarışlarıdır. Bu anlamda belə bir əhəmiyyətli idman oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tanıdılması baxımından vacibdir. Bu, Azərbaycanın imicinin yüksəlməsi üçün atılan bir addım kimi də qiymətləndirilməlidir”.
Fərid Nəsibov Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı tarixi qərarının Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanı və Olimpiya hərəkatının fəallarından biri olmasına verilən qiymət olduğunu da vurğulayıb: “Ümumiyyətlə, bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmayıb. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır”.
Fərid Nəsibov, həmçinin, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ictimaiyyətlə yanaşı, gənclərin də böyük marağına səbəb olduğunu da vurğulayıb: “Biz gənclər bu Oyunların keçirilməsini səbirsizliklə gözləyirik. Düşünürəm ki, bu yarışlara töhfəmizi verməliyik. Ölkəmizin hərtərəfli inkişafını, eyni zamanda, tarixini və mədəniyyətini təbliğ etmək üçün əl-ələ verib səylə çalışmalıyıq”.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

