Dağlar diyarı Daşkəsən məşəl estafetinin unudulmaz sevincini yaşadı
19.05.2015 [10:11]
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Gəncədə keçirilən möhtəşəm festivaldan sonra dağlar qoynunda yerləşən Daşkəsən rayonuna gətirilib. Daşkəsənin giriş qapısında məşəlin təntənəli qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində rayonun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında ağırlıqqaldırma üzrə dünya çempionu Xaqani Abdullayev məşəli qəbul edərək bildirib ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. O, ölkəmizin bu yarışları yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edərək vurğulayıb ki, birinci Avropa Oyunları idmanın inkişafı ilə yanaşı, milli mədəniyyətimizin təbliğinə də əlverişli şərait yaradacaq.
Sonra 10 nəfər məşəlçi Avropa Oyunlarının rəmzi qapısından iki kilometr məsafədə yürüşə başlayıb. Onlar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət edərək Ümummilli liderin adını daşıyan mərkəzin qarşısına gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar. Sonuncu məşəlçi Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb və bu xoşbəxtlik ona nəsib olduğu üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq edib.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Məşəl estafetinin unudulmaz sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Daşkəsən sakini Şahnaz Tağıyeva deyib: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur doğuran hadisədir və ölkəmizin, Prezidentimizin dünyada getdikcə artan nüfuzundan xəbər verir. Azərbaycan xalqı bu gün əsl bayram əhval-ruhiyyəsi yaşayır. Sevinirik ki, gündən-günə güclənən, inkişaf edən bir ölkənin vətəndaşlarıyıq”.
Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Elman Məmmədov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını tarixi hadisə kimi dəyərləndirib, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Birinci Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

