Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nuranə Əliyeva: Azərbaycanın idman ictimaiyyəti ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir

Nuranə Əliyeva: Azərbaycanın idman ictimaiyyəti ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir

13.05.2015 [10:12]

“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təqdirəlayiq haldır. Birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Bir müddət öncə Avropa Olimpiya Komitəsi bu Oyunları yüksək qiymətləndirmiş və onun yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırmışdı. Azərbaycanın idman ictimaiyyəti də ilk Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir”. Bunu qəzetimizə açıqlamasında karatenin şotakan növü üzrə I dan qara kəmər ustası Nuranə Əliyeva bildirib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artması və ölkəmizin təbliği baxımından çox əhəmiyyətlidir: “Eyni zamanda, bu Oyunlar stimullaşdırıcı xarakter daşıyır. Sevindiricidir ki, karate yarışları da Oyunlarda yer alır. Ümumiyyətlə, Azərbaycan idmançılarının yarışlarda uğurla təmsil olunacağına və yüksək nailiyyətlər qazanacağına əminəm”.

Paylaş:
Baxılıb: 1830 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31