/ / “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli dağlar qoynunda yerləşən Yardımlıda böyük coşqu ilə qarşılanıb
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli dağlar qoynunda yerləşən Yardımlıda böyük coşqu ilə qarşılanıb
05.05.2015 [10:30]
Mayın 2-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Astara rayonundan sonra Yardımlıya gətirilib.
AZƏRTAC xəbər verir ki, Yardımlı şəhərinin giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük çoşqu ilə qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında karate idman növü üzrə Azərbaycan çempionu Rasif Məmizadə Avropa Oyunlarının məşəlini qəbul edib.
Azərbaycan çempionu bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olmasından qürur hissi keçirdiyini deyib: “Böyük qürur hissi keçirirəm ki, birinci Avropa Oyunlarının məşəlini Yardımlıda qəbul etmək məhz mənə nəsib oldu. Bu Oyunların Azərbaycanda keçirilməsi əlbəttə ki, hər birimizin qəlbini fərəhləndirir. Ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etməsi Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Əminik ki, ölkəmiz bu yarışlara da uğurla ev sahibliyi edəcək. Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq”.
Sonra 10 məşəlçi Avropa Oyunlarının rəmzi qapısından 1,2 kilometr metr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli liderin adını daşıyan Mərkəzin qarşısına gəliblər.
Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.
Karate üzrə Azərbaycan çempionu Amid Cavadov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.
Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayonun 15 yaşlı idmançısı Pünhan Kərimliyə təqdim olunub. Daha sonra Avropa Oyunlarının çırağı Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Yardımlıdan Masallı rayonuna aparılıb.
Qeyd edək ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq və yarışlar çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə 20 idman növü üzrə təşkil ediləcək. Həmçinin 12 idman növü “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Yarışlar 18 idman obyektində keçiriləcək və ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

