İlk Avropa Oyunlarının akkreditasiya kartının və uniformasının verilməsinə başlanıb
01.05.2015 [10:15]
Aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq möhtəşəm tədbir üçün akkreditasiya kartlarını və uniformalarını alıblar.
AZƏRTAC xəbər verir ki, rəsmilər “AFMall” Ticarət Mərkəzindəki Avropa Oyunlarının Uniformalar və Akkreditasiya Mərkəzində yerli media nümayəndələrinin müşayiəti ilə uniformalara və akkreditasiya kartlarına sahib olublar.
Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, ilk Avropa Oyunları Azərbaycanın bu günədək ev sahibliyi etdiyi ən böyük və çoxnövlü beynəlxalq idman tədbiridir. “Oyunlar zamanı beynəlxalq idman aləminin diqqəti Bakıya yönələcək və işçi heyətinin, könüllülərin öz uniformalarını qürurla geyəcəklərinə əminəm. Onlar ölkəmizi və onun qonaqpərvərliyini ən yaxşı şəkildə nümayiş etdirəcəklər. İlk Avropa Oyunlarına hazırlaşmaqla böyük yol keçərək təcrübə qazanmışıq. On yeddi min könüllünün qazanacağı zəngin təcrübə onların gələcək karyeralarında müsbət təsirini göstərəcək”.
Ölkəmizin ilk Avropa Oyunlarını qəbul etməyə tam hazır olduğunu bildirən nazir yaxın günlərdə paytaxtın simasının “Bakı-2015”in atributları ilə zənginləşəcəyini və bayram ab-havasına bürünəcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, “Bakı-2015” zamanı Azərbaycana səfər edəcək əcnəbilər ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.
İlk Avropa Oyunlarının Azərbaycan üçün tarixi hadisə olduğunu bildirən Saymon Kleq deyib ki, dünya səviyyəli tədbiri gerçəkləşdirmək üçün hazırlıq işlərinin plana uyğun davam etməsindən məmnunluğumu bildirirəm. Uniformaların və akkreditasiyaların artıq təmin olunması bizi möhtəşəm idman bayramı üçün bütün əməliyyatların tam hazır olmasına bir addım da yaxınlaşdırır.
Sonra yerli media nümayəndələrinə akkreditasiya kartlarının və uniformaların alınması prosesi haqqında məlumat verilib.
Uniformalar “Giltex” şirkəti tərəfindən istehsal olunur. “Giltex” şirkəti “Bakı-2015” üçün 7 növdə ümumilikdə 110 min uniforma istehsal edəcək. Könüllülər də daxil olmaqla BEGOC-un bütün işçi heyəti uniformaları növbəti həftələr ərzində əldə edə biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22

