Boqdan Bondarenko: Bakıdan medalsız qayıtmayacağıq
01.05.2015 [09:22]
25 yaşlı ukraynalı hündürlüyə tullanan Boqdan Bondarenko Bakıda birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq idmançılardan biridir. Ötən il o, 27 il Avropada rekord sayılmış 2,42 metr nəticəni təkrarlayıb və qitə birinciliyinin çempionu olub. Lakin mövsümün sonunda “Brilyant liqa”da qətərli Mutaz Essa Barşimə uduzaraq, birinciliyi əldən verib. Ukraynalı idmançının əsas rəqibinin 2015-ci ildə bir neçə startı olub, fevralın 4-də isə o, mövsümün rekordunu vurub: 2 metr 40 santimetr.
Boqdan Bondarenko AZƏRTAC-a eksklüziv müsahibəsində rəqibinin qələbəsini belə şərh edib: “Bu, mükəmməl tullanma idi. Belə səviyyəli opponentlər olanda, daha hündürə tullanmaq istəyirsən. Rəqabət yüngül atletika üçün çox yaxşı haldır: stadionlardakı və televizorun qarşısındakı insanlar yarışlardan zövq alırlar. Bizim rəqabətimiz sayəsində yarışlar şouya çevrilir. Mən bu mübarizədə iştirak etdiyimə və bu idmançılarla yarışdığıma görə çox şadam”.
Boqdan idmançı ailəsində dünyaya gəlib. Atası Viktor Bondarenko vaxtilə onnövçü olub. Boqdan yüngül atletika seksiyasına 13 yaşında gəlib. Həmin vaxta qədər xalq rəqsləri ilə məşğul olub.
B.Bondarenko deyir: “Düzünə qalsa, uşaqlıqda böyük veloyürüşçü olmaq arzusunda idim. Amma tullanmağa başlayanda hündürlüyə diqqət yetirirdim. Yadımdadır, 2,34 metr, 2,35 metr hündürlüyə tullanan böyük çempionlara heyran qalır, eyni zamanda qorxurdum. Onlar kimi olmaq istəyirdim, lakin mənə elə gəlirdi ki, bu, mümkün deyil. İndi mən uşaqlıq illərimin kumirlərinin çoxundan daha hündürə tullanıram. Lakin bu, məni rahatlatmır, daha hündürə tullanmaq istəyirəm”.
Boqdan Xarkovda atası Viktor Bondarenkonun yanında məşq edir. Amma ilk addımlarını idman məktəbində Yevgeni Nikitinin seksiyasında atıb. Y.Nikitin hazırda İranda işləyir.
Boqdan söhbətinə davam edərək deyir: “Uşaq yaşlarımda stadionda atamın yanında hərlənirdim. Anam isə aptekdə işləyirdi. O, idmanla məşğul olmağımı heç istəmirdi. Əvvəlcə məni xalq rəqsləri dərnəyinə apardı. Qopak oynamağa başladım. Anam cavanlığında rəqs edirdi. Məni də rəqqas görmək istəyirdi. Lakin mənim heç xoşuma gəlmirdi. Cansıxıcı və darıxdırıcı idi. Üç il məşğul oldum. Mənə elə gəlir ki, bu rəqslər üzündən indi dizlərim ağrıyır”.
Boqdan Bondarenko pəhriz saxladığını gizlətmir. Hündürlüyə tullanma zamanı nəticə də əslində, bədənin gözəl formada olmasından asılıdır.
Boqdan söhbətinə öz “sirlərini” açmaqla davam edir: “Yaxşı olar, gecə yeməkdən imtina edəsən. Amma, xüsusilə, dondurma, pirojna və şokoladdan imtina etmək çətindir. Mən yaman şirniyyat sevənəm. Yarışlardan əvvəl mütləq nə isə şirin bir şey yeməliyəm”.
Hündürlüyə tullanma üzrə dünya çempionu inandırır ki, mövhumatçı deyil. Yarışlara gedəndə özü ilə talisman deyil, İsveçrə bıçağı götürür.
“Bu bıçaq məişətdə tez-tez dadıma çatır. Məsələn, otellərin birində doldurucu qurğu rozetkaya keçmədiyi üçün onu bıçaqla açmaq lazım gəldi”.
Yarışdan əvvəl xəstələnmək Boqdanın qorxduğu yeganə şeydir: “Xroniki zökəmdən əziyyət çəkirəm. Yarışlara hazırlıq mərhələsində damcılardan istifadə edirəm. Lakin turnirlərdən əvvəl əziyyət çəkirəm: birdən dərmanın tərkibində qadağan edilmiş komponent olar və o da dopinq nəzarətində üzə çıxar”.
Boqdan Bondarenko və Ukraynanın daha üç aparıcı idmançısı - Olqa Saladuha, Anna Titimets və Anna Rıjikova yayda keçiriləcək birinci Avropa Oyunlarına Cənubi Afrika Respublikasının Poçevstrum şəhərindəki idman mərkəzində hazırlaşırlar.
Hündürlüyə tullanan deyir: “Orada bizim üçün hər cür şərait yaradılıb. Bu, Beynəlxalq Yüngül Atletika Federasiyasının peşəkar tələbə mərkəzidir. Dəniz səviyyəsindən 1400 metr yüksəkdə yerləşir. Orta dağlıq zonada yerləşməsi uzun müddət gözəl forma saxlamağa şərait yaradır, qan dövranını qaydaya salır. Bu da idmançıların funksional hazırlığına çox müsbət təsir göstərir. Ona görə də ümid edirik ki, Bakıdan medalsız qayıtmayacağıq”.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31

