Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı keçirilib
29.04.2014 [09:26]
Aprelin 28-də “JW Marriott Absheron Baku” mehmanxanasında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi çərçivəsində 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, Avropa Olimpiya Komitəsinin baş katibi Raffaele Paqnozzi birinci Avropa Oyunlarına hazırlıqla bağlı məlumat verib. Qeyd olunub ki, çoxdan arzulanan bu möhtəşəm yarışa məhz Azərbaycanın ev sahibliyi etməsi sevindirici haldır. Biz Avropa Oyunlarının gələcəkdə də davam etməsini və ənənəvi idman yarışına çevrilməsini arzulayırıq.
Bildirilib ki, birinci Avropa Oyunlarında yarışlarla yanaşı, jurnalistlərin fəaliyyəti üçün yaradılacaq şərait də diqqət mərkəzindədir. Çünki məhz idman müxbirləri maraqların qovuşmasını, dostluq və əməkdaşlığı özündə cəmləşdirir, eləcə də turnirlərlə əhali arasında birbaşa körpü yaradırlar.
Ötən əsrin 90-cı illərindən dünyada idman biznesinin formalaşmağa başladığını diqqətə çatdıran R.Paqnozzi Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, digər irimiqyaslı turnirlərə sərf olunmuş vəsaitdən danışıb. Vurğulanıb ki, idman jurnalistikası bu sahədə korrupsiya, dopinq və digər mənfi halların qarşısının alınmasında mühüm rol oynayır.
Dini, milli və irqi ayrı-seçkiliyin idmanda yolverilməzliyini diqqətə çatdıran natiq bütün ölkələri Olimpiya hərəkatının dəyərlərinə sadiq olmağa səsləyib.
“Bakı-2015”in idman xidmətləri və əməliyyatlar üzrə direktoru Ceyms Makleod çıxışında birinci Avropa Oyunlarında 6 min idmançının 239 dəst medal uğrunda mübarizə aparacağını qeyd edib. “Bakı-2015” ümumilikdə idmanın 19 növü üzrə keçiriləcəkdir. İdmanın 8 növü üzrə 2016-cı ildə Rio de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya veriləcək.
“Bakı-2015”in mətbuat məsələləri üzrə direktoru Ceyn Pers Avropa Oyunlarında 750 jurnalist və fotoqrafın iştirak edəcəyini deyib. Natiq jurnalistlərin yerləşəcəkləri məkanlarda və yarışların keçiriləcəyi arenalarda hər cür internet xidmətindən yararlana biləcəklərini vurğulayıb. Bildirilib ki, birinci Avropa Oyunlarında qeydiyyat prosesi bir mərhələdən ibarət olacaq və 2014-cü ilin dekabrından 2015-ci ilin martınadək davam edəcək.
Sonra Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarx nümayiş olunub.
Sonda gimnastika və sambo üzrə təqdimatlar keçirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

