Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 6 mindən artıq idmançı mübarizə aparacaq
05.04.2014 [10:57]
Canez Koçijanciç: Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılır
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir.
AzərTAc xəbər verir ki, bu sözləri aprelin 4-də “Fairmont Baku” otelində 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Canez Koçijanciç deyib.
C.Koçijanciç ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Qonaq vurğulayıb ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunub. Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılır.
AOK-ın vitse-prezidenti bildirib ki, bu ilin iyununda Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində test yarışları təşkil olunacaq. Bu yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələri də izləyəcəklər. Qonaq xüsusi vurğulayıb ki, Azərbaycan dövlətinin idmana göstərdiyi qayğı bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması bu ölkədə idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırıb.
Nazir bildirib ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti iclası keçirilib. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, tibb, dopinq və digər istiqamətlərdə müzakirələr aparılıb. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunub, inşası davam etdirilən infrastruktur barədə ətraflı məlumat verilib.
Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirib. Biletlərin qiymətinin baha olmayacağını diqqətə çatdıran S.Kapralos, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm bayram olacağını diqqətə çatdırıb.
Tədbirdə “Bakı-2015”-ə hazırlığın gedişini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

