Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan şahmatçısı dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan şahmatçısı dünya çempionatında qızıl medal qazanıb

24.11.2025 [12:56]

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub (3:1;2,5:1,5).

Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31