Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

15.05.2025 [15:47]

Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər.

200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək.

Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31