Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanı Gimnaziadada təmsil edəcək taekvondoçular müəyyənləşib

Azərbaycanı Gimnaziadada təmsil edəcək taekvondoçular müəyyənləşib

24.10.2024 [16:18]

Taekvondo üzrə Azərbaycan millisinin Bəhreynin Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunları üçün heyəti açıqlanıb.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycanı 14 taekvondoçu təmsil edəcək.

Milli komandanın heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kiloqram), Kənan Əliyev (48 kiloqram), Bahadur Dostuyev (51 kiloqram), Ülvi Abdullayev (55 kiloqram), Aydın Süleymanov (59 kiloqram), Əbdülsübhan Dadaşlı (63 kiloqram), Bilal Enis Turan (68 kiloqram), Elcan Əliyev (78 kiloqram), Allahverdi Məmmədov (+78 kiloqram), qızlar arasında isə Gülü Zamanlı (42 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Nilufer Borji (49 kiloqram), Seyidxanım Məmmədova (52 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) mübarizə aparacaqlar.

Qeyd edək ki, taekvondo üzrə yarışlar oktyabrın 27, 28 və 30-da keçiriləcək. Gimnaziadada beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30