Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb

10.08.2024 [01:13]

Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında final görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.

Rəqibinə məğlub olan boksçumuz Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bununla da Azərbaycan idmançıları Paris Olimpiadasında 5-ci medalı rəsmiləşdirib. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.

Paylaş:
Baxılıb: 801 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30