Heydər Əliyevin Klintona cavabı…
17.11.2023 [15:52]
"Azərbaycan indiyədək 907-ci düzəlişlə yaşamışdır, bundan sonra da yaşayacaq"
SSRİ-nin dağılması ilə dünyanın siyasi xəritəsində özünü "söz sahibi" elan etmiş ABŞ bütün ölkələrə münasibətdə yalnız bir mövqedən çıxış edir – Vaşinqtonun maraqlarının əvəzsiz və tam şəkildə təmin edilməsi. Ağ Evin apardığı siyasi xətt müstəqil dövlətlərə təsir imkanları, daha doğrusu təzyiq imkanları ilə müəyyənləşdirilir.
1990-cı illərin əvvəlində müstəqillik qazanmış Azərbaycan həmin dövrdə ağır şərtlərlə üz-üzə dayanmaq məcburiyyətində qalmışdı – daxildəki siyasi böhran, hakimiyyətdə naşı və təsadüfi siyasətçilərin təmsilçiliyi, Ermənistanın işğalçı siyasəti, qlobal dünyada tanınma problemi həmin dövrün reallıqları sayıla bilər. Məhz belə bir zamanda, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş ölkəmizə qarşı növbəti ədalətsizlik nümunəsinə çevrildi. Rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ABŞ-ın sonrakı mərhələdə Azərbaycana qarşı təsir imkanları əldə etməsinə hesablanmışdı. Hətta bəzi məqamlarda ABŞ administrasiyaları bu təzyiq vasitəsindən aktiv istifadə etmək fikrinə düşüblər - Nikolay Zenkoviçin "Heydər Əliyev – Tale yolları" kitabında bu məqamlar öz əksini tapıb:
"Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk günlərdən əlindən gələn hər şeyi etdi ki, ABŞ bu qərəzli qərarı ləğv etsin. ABŞ prezidenti Bill Klinton azərbaycanlı həmkarı ilə razılaşdı: bəli, qərar ədalətsizdir, bunu ləğv etmək lazımdır. 1997-ci ilin avqustunda Əliyevin Vaşinqtona rəsmi səfəri zamanı hər iki prezident müvafiq bəyanatı imzaladılar. Lakin onun həyata keçirilməsi baş tutmadı.
Bill Klinton özünün prezidentlik səlahiyyətinin başa çatmasına 3 gün qalmış Heydər Əliyevə məktub göndərdi. Məktubda deyilirdi ki, o öz vədini unutmayıb. Və aşağıdakıları təklif edir: ABŞ Konqresi Azərbaycana münasibətdə 907-ci maddənin qüvvəsini Azərbaycanın Ermənistana hər hansı bir güzəşti müqabilində, məsələn, Ermənistan-Azərbaycan sərhəddinin hansısa bir sahəsində ticarət üçün imkan yaradılması müqabilində ləğv edər.
Əliyev rədd cavabı verdi. Klintona yazdı ki, Azərbaycan indiyədək 907-ci düzəlişlə yaşamışdır, bundan sonra da yaşayacaq. Onun ölkəsi Ermənistana güzəştə getməyəcəkdir. Əvvəlcə əsas məsələni həll etmək - münaqişəni aradan qaldırmaq lazımdır, bunun üçün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir. sülh yarananda münaqişə üçün bəhanə də aradan qalxacaq".
Bəli, tarix təkrarlanır - bu gün artıq işğal faktı Azərbaycanın qətiyyəti və səyi ilə aradan qaldırılıb, regionda sülhün və təhlükəsizliyin formalaşması, hətta Klinton administrasiyasının ozamankı təbirincə desək, "Ermənistan üçün ticarət" imkanları yaranıb. Amma ABŞ yenə də özünün ənənəvi "siyasi oyunlarından" əl çəkmək niyyətində deyil. Yenə də qondarma "tədbirlərlə" əsassız 907-ci düzəlişi əlində rupora çevirmək istəyir. Ulu öndər Heydər Əliyevin Klintona cavabı bu gün də öz akuallığını qorumaqdadır – "Azərbaycan indiyədək 907-ci düzəlişlə yaşamışdır, bundan sonra da yaşayacaq"…
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

