Bişkekdə Prezident İlham Əliyevin Vladimir Putin ilə görüşü olub YENİLƏNİB 3
12.10.2023 [18:39]
Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putinçıxış edərək dedi: Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq.
Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm.
Prezident Vladimir Putin: Sağ olun.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.
Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edildi, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirildi.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olundu.
Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edildi.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunuldu.
Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olundu.
Xəbər lenti
Hamısına baxDünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17

