Bakı Brüssel formatına sadiqdir
25.02.2023 [10:30]
ABŞ prosesin bu xətt üzrə inkişafını dəstəkləyir
Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqları prosesində ötən ilin oktyabrın sonundan başlanan durğunluq yekunlaşa bilər. Nəzərə alınmalıdır ki, sonuncu dəfə 2022-ci ilin oktyabrın 31-də Soçi formatında aparılmış danışıqlar raundu da mühüm nailiyyətləri ilə seçilməmişdi. Bunun ardından isə, ötən ilin dekabrında Brüssel formatında növbəti görüşün keçirilməsi nəzərdə tutulsa da, bu görüş də məlum səbəblərdən təxirə salındı. Daha doğrusu, Fransanın prosesə birtərəfli müdaxilə cəhdləri dekabrın 7-də baş tutacaq görüşü qeyri-müəyyən tarixə qədər ertələmiş oldu.
Üçtərəfli Brüssel formatı davam edəcək
Sonradan isə görüşlərin yeni formatı - Tbilisi variantının gündəmə gəlməsi ortaya bir sıra suallar çıxarmışdı. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət üçtərəfli platformanın yaradılması təşəbbüsü səsləndirilmişdi və dövlətimizin başçısı bununla bağlı fikirlərini Praqada, eləcə də ötən ilin sonlarında Gürcüstana səfəri çərçivəsində ifadə etmişdi. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bu məsələ növbəti dəfə müzakirə obyekti olmuşdu. Tbilisi formatı növbəti dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində gündəmə gəldi. Bununla belə, danışıqlar prosesində, sülh gündəliyində digər formatlara istinad da istisna olunmurdı - Azərbaycan Brüssel formatına da sadiq olduğunu bildirmişdi. Dövlət başçısı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasdakı çıxışında qeyd etmişdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır: “Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır”.
Ağ Ev nikbinliyini qoruyur...
Yeri gəlmişkən, ABŞ da prosesin Brüssel formatında inkişafını dəstəkləyir. Bununla bağlı danışan ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, yaxın günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşün keçirilməsi planlaşdırılır. O, ABŞ-ın bu görüşdən nəticə gözlədiyini bildirib. N.Praysın sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq nikbin yanaşmasa da, bu danışıqların keçirilməsini dəstəkləməyə çalışır. “Biz çox nikbin olmağa çalışmırıq, lakin hərtərəfli həll istiqamətində bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.
Vurğulanmalıdır ki, daha əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı. Fevralın 18-də isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilmişdi.
Brüssel danışıqları: sülhün söykənəcəyi beş baza prinsipləri...
Ümumiyyətlə davam edən danışıqlar prosesində Brüssel xətti xüsusi olaraq diqqəti cəlb edir - 2021-ci ilin dekabrından başlayan bu sülh gündəliyi bir neçə istiqamətdə mühüm nüansları özündə əks etdirmişdi. Məsələn, Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Xatırladaq ki, bu 5 təməl prinsip imzalacaq sülhün əsas istinadgahıdır - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması kimi mühüm faktlorlar daxildir. Bunudan başqa, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu məsələlər isə həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır.
Proses qlobal miqyasda diqqət mərkəzindədir
Beləliklə, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxlaması, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlar təqdirəlayiqdir. Bu hal, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, qeyd olunduğu kimi, sülh gündəliyi Qərbin, əsasən da ABŞ-ın diqqətindən yayınmır. Bunu rəsmi Vaşinqtonun davranışları və addımları da təsdiqləyir.
Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın formalaşdırmağa çalışıdığı əməkdaşlıq platformalarının mühüm nəticələrini indidən görür desək, yanılmarıq. Bunun nəticəsidir ki, Ağ ev iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

