Müasir İncəsənət Muzeyində "Sənət inciləri" adlı sərgi açılıb
05.05.2011 [09:46]
Dünən Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə Bakıdakı Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı maraqlı sərgi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sərgi ilə tanış olub.
“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı Əməkdar Rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim olunduğu sərginin açılış mərasimində “Van Cleef & Arpels” Evinin prezidenti Stanislas de Kersiz, Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri açılış mərasimində iştirak ediblər.
Məşhur “Van Cleef & Arpels” şirkəti 1896-cı ildə Parisdə yaradılıb. Şirkətdə hazırlanan zərgərlik məmulatı dünyada sənət inciləri kimi tanınır. XX əsrin əvvəllərində hind maharacalarından tutmuş Vindzor hersoginyası və kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər çoxları zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin zərgərlik məmulatına üstünlük veriblər. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış muzeylərində nümayiş olunur.
Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunub: Təbiət, Şərq dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara malik ayrıca sahə üzrə təqdim edilib.
Bildirilib ki, “Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in məhsullarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərlərində təcəssüm tapıb. Buna görə də həm Ə.Əlimirzəyevin əsərləri, həm də “Van Cleef & Arpels”in nadir sənət nümunələri bir-birini heyrətamiz şəkildə tamamlayır.
Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verib ki, Asiya və Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədəniyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərib. Bu tanınmış brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının sehirli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən ilham alıblar. Bir çox imperiyaların cah-calalı məhz bu zərgərlik nümunələrində canlandırılır. Rəngbərəng daşlardan ibarət olan bu sənət nümunələri Misir ehramlarını, fironlar dövrünü xatırladır.
Təbiətin əsrarəngiz gözəlliyi 1920-ci ildən başlayaraq “Van Cleef & Arpels”in əsas ilham mənbələrindən biri olmuş, brendə dünya şöhrəti qazandırıb. Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.
“Van Cleef & Arpels” brendi gözəllik və zövqlü dəb ilə sıx bağlıdır. Bu, təsadüfi deyildir. çünki Fransanın paytaxtı dəbin və gözəlliyin mərkəzi sayılır. “Van Cleef & Arpels” bir sıra aksessuarların yaradılmasına ilham verib. Axşam əl çantaları, minodyerlər, portsiqarlar brendin ən tələbkar və zövqlü müştərilərini cəlb edir.
“Van Cleef & Arpels” yarandığı gündən daim mükəmməllik axtarışında olub və qiymətli daşların gözəlliyini daha da artırmağa çalışıb. Lakin bu məsələnin həllində şirkətin mütəxəssisləri çətinliklə də rastlaşıblar. Belə ki, zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə əvəz etmək axtarışında olublar. Nəhayət 1933-cü ildə gözə görünməyən əfsanəvi çərçivənin yaradılması uğurla nəticələnib. Bunun sirri isə son dərəcə nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu eksklüziv bərkitmə texnikası daşların bütün gözəlliyini, təkrarolunmazlığını, yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verir. Gözə görünməyən çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür.
“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxıb. Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq, solğun boyalarının rəngarəngliyinə həm də bir qədər melanxoliya qatılır. Bu sehirli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın əsərləri və “Van Cleef & Arpels”in məhsulları ideya ifadəsinə görə bir-birini tamamlayır.
Əliyar Əlimirzəyev 2004-si ildə Parisdə “Grands et Jeunes” Beynəlxalq sərgisində “Qran-pri” mükafatına layiq görülüb. Rəssam “Van Cleef & Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq qadın ilə cavahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən məharətlə keçirərək bir sıra orijinal əsərlər yaradıb. Onun yaradıcılığı yüksək fantastik təxəyyüllə fiqurativ yanaşmanı özündə birləşdirir. Rəssamın əsərləri Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində açılan bu sərgidə nümayiş olunan əsərlərin leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm etdirən incəsənət nümunələri.
Nadir sənət nümunələrinin nümayiş olunduğu ekspozisiya sərgiyə gələnlərdə böyük maraq doğurub.
Sərgi iyunun 5-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

