Beşinci zəng...
09.08.2022 [10:00]
Azərbaycan Prezidentinin sözü, fikri dəyərli və əsasdır
Pərviz SADAYOĞLU
2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni perspektivlər yaradıb. Həm siyasi, həm də iqtisadi sferada yeni münasibətlər sisteminin əsasını qoyan Azərbaycan bölgədə tənzimləyici rolu oynayır. Bunun nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətləri Azərbaycanın regionda güc mərkəzi statusu qazandığını etiraf edir, bu faktla hesablaşır. Müharibədən ötən iki il ərzində Azərbaycanın regionun gələcək inkişafı, o cümlədən, yeni beynəlxalq iqtisadi tranzitin formalaşması istiqamətində ortaya qoyduğu səylər yüksək dəyərləndirilir. 2022-ci ilin son səkkiz aylıq statistikasına nəzər salsaq, dünyanın aparıcı dövlətlərinin, aparıcı trans-qlobal şirkətlərin rəhbərləri, dünya siyasətinin ən mühüm simaları Azərəbaycan Prezidentinə məktub yazaraq, zəng edərək proseslə bağlı öz fikirlərini bölüşdüklərinin şahidi olarıq.
Təəssüfləndirici haldır ki, bu kimi genişmiqyaslı fəaliyyətin daha mühüm müsbət nəticələrə yol açmasının qarşısı özünün işğalçı təfəkküründən əl çəkə bilməyən Ermənistan tərəfindən alınır. 10 noyabr üçtərəfli razılaşmasına riayət etməyən, bölgədə sülhün və təhlükəsizliyin təminatına mane olan, beləliklə də formalaşacaq iqtisadi plaftormaları gecikdirməyə çalışan Ermənistan öz təxribatları ilə yenə həm regional, həm də qlobal miqyasda mühüm narahatlıqlar yaradır.
Azərbaycan lazımi cavabı verir
Avqustun 5-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycanın hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb.
10 noyabr kapitulyasiyasına imza atan Ermənistan üçtərəfli bəyanatın şərtlərinə görə, bütün silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxaracağı ilə bağlı öhdəlik götürüb. Ötən dövr ərzində bu kimi lokal təxribatlarla Azərbaycan mövqelərini atəşə tutmağa çalışan erməni silahlıları regionda davamlı sülhün formalaşdırılmasına mane olur. Bu isə onu deməyə əsas verir ki, Ermənistan regionda sabitliyin formalaşmasında maraqlı deyil. Telefon danışığı zamanı dövlətimizin başçısı da bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir.
Göründüyü kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafını da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. Bu ilin aprel-may ayları ərzində Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı mühüm vədlər verən Ermənistan ortaya qoyduğu davranışla qeyri-adekvat olduğunu göstərir. ABŞ-ın bu məsələdən narahatlıq keçirməsi isə bir daha onu göstərir ki, Qərb və bütövlükdə dünyanın aparıcı dövlətləri artıq regionda sülhün yaranması arzusundadırlar. Bunun üçün isə sülhə mane olan yeganə səbəb - Ermənistana qarşı mühüm addımların atılması aktuallaşmalıdır.
Alternativ yol hazır olandan sonra...
ABŞ dövlət katibi ilə telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasının başa çatmaq üzrə olduğunu da deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya ediləcək.
Qeyd edilməlidir ki, 10 noyabr üçtərəfli razılaşmasında üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. Təəssüfləndirici haldır ki, üçtərəli razılaşmaya əməl etməyən Ermənistan alternativ yolun tikilişi ətrafında da “ajiotaj” yaratmağa çalışır. Onlar hələ də dərk etmirlər ki, 10 noyabr razılaşmasının müvafiq bəndi ilə Laçın rayonu Azərbaycana qaytarılıb. Çəkilən alternativ yol da sözügedən bəyanatda öz əksini tapıb. Bu yolun çəkilişi dəhlizin Laçın şəhərindən deyil, onun ətrafından keçməsini təmin edəcək. Azərbaycanın davranışları birmənalı şəkildə beynəlxalq hüquqa, üçtərəfli razılaşmalara və dövlətlərin ərazi bütövlüyünə hörmət müstəvisində müəyyənləşir.
Regionun gələcək geosiyasi taleyi Azərbaycanla müzakirə olunur
Bu gün müzakirələr qalib Azərbaycanın şərtləri diktə etməsi fonunda və təklifləri əsasında davam etdirilir. Üstəlik, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir - təqdir olunur. Əsas məqamlardan biri budur ki, regionun bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı məhz İlham Əliyev ilə fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər. Fakt odur ki, 2022-ci ilin ötən dövrü ərzində ABŞ dövlət katibi beş dəfə Azərbaycan Prezidentinə zəng vurub. Bu, bir daha Azərbaycan Prezidentinin sözünün, fikirlərinin imzası qədər dəyərli və əsas olduğunu sübut edir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

