4 il əvvəl...Xalqın inam və etimad təntənəsi
09.04.2022 [10:00]
İlham Əliyev Vətənə, dövlətə və xalqa sədaqət andını gerçəkləşdirdi
11 aprel 2018-ci il tarixində keçirilmiş seçkilərdə növbəti dəfə xalqın iradəsi və etimadı əsasında Prezident seçilən cənab İlham Əliyev 7 gün sonra (18 aprel 2018) baş tutan andiçmə mərasimində qeyd etmişdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Xalqın etimadı özünü doğrultdu - andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah, tərəqqi və qələbə ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədlərini gerçəkləşdirdi. İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bir çox strateji məqsədinə nail oldu.
Nurlan QƏLƏNDƏRLİ
Əlbəttə, xalqın İlham Əliyevə inam və etimadı təsadüfi deyildi. Çünki O, 2003-2018-ci illər arasında - 15 il ərzində Azərbaycanın iqtisadi inkişafını, əhalinin sosial müdafiəsinin möhkəmlənməsini, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsini təmin etmiş, xalqımızın, dövlətimizin qarşısında yeni perspektivlər açılmışdı. Faktlara diqqət yetirək: 2003-2018-ci illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.
Cənab İlham Əliyev 18 aprel 2018-ci il tarixində andiçmə mərasimində yeni islahatların anonsunu vermişdi. Yenə də sözünə - vədinə sadiq oldu. Ötən müddət ərzində həyata keçirilən kadr, struktur və institusional islahatlar Azərbaycanın milli gücünün artmasını şərtləndirib. Davamlı olaraq idarəetmə sistemi təkmilləşdirilir. Sirr deyil ki, dövlətin onurğa sütununu yerində olan və idarəetmə aparatını işlək vəziyyətdə saxlayan məmurlar təşkil edirlər. Prezident İlham Əliyev güclü lider, təcrübəli və praqmatik siyasətçi, müdrik dövlət adamı kimi bu reallığı nəzərə alır, müvafiq addımlar atır. Kadr islahatlarının məqsədi idarəetmədə səmərəliliyin artırılması, ölkənin inkişafı naminə yenilikçi və təşəbbüskar qüvvələrin enerjisindən - potensialından istifadənin təmin olunmasıdır. Dövlət başçısı “Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır”, - deyə vurğulayıb. İlham Əliyevin yanaşması birmənalı, tələbi aydındır. Kadrlar peşəkar olmaqla, müasir biliklərə yiyələnməklə yanaşı, vətənpərvər, dövlətə sadiq, xalqa bağlı olmalı, öz üzərinə düşən vəzifələri vicdanla, şərəflə və ləyaqətlə yerinə yetirməlidirlər. “Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir”, - deyən dövlət başçısının idarəetmə məntiqi və fəlsəfəsi xalqa şərəfli, ləyaqətli xidməti özündə əks etdirir. Ən əsası, Azərbaycan Prezidenti məmurların davranış və əxlaq kodekslərini müəyyən edir. Nəticə etibarilə, İlham Əliyevin siyasəti vətəndaş məmnunluğunun artması ilə müşayiət olunur. Bu, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisinin əyani-əməli ifadəsidir.
2018-ci ildən bu günə qədər müşahidə olunan reallıqlar həm də onu söyləməyə əsas verir ki, uğurlu xarici siyasət və ya dərin strateji diplomatiya İlham Əliyevin güclü dövlət konsepsiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir. Bu səbəbdən Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Cənubi Qafqazda isə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir.
İlham Əliyev andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında ifadə olundu: “Qarabağ Azərbaycandır!”.
Bir sözlə, İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu! İkinci Qarabağ müharibəsi isə bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Əsas məqamlardan biri odur ki, müharibə xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Dünya ictimaiyyəti müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici və zəruri olduğunu gördü. İlham Əliyev nümunəsi, sözün əsl mənasında, Liderlik obrazı idi! İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırdı, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazıb - tarixin yaddaşına əbədi həkk olundu. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.
Haqq savaşını möhtəşəm qələbə - tarixi zəfər ilə yekunlaşdıran Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Azərbaycanın milli gücünün artması deməkdir. Ən əsası, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırıb. Bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Şərtləri isə qalib dövlətin Lideri İlham Əliyev diktə edir! 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan yeni nizam yaradır. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. İlham Əliyevə zəng edirlər - Avrasiyanın bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir. Azərbaycan Prezidenti qeyd edib ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”. Keçərli olduğu qədər həm də dəyərlidir. İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqq yolundan döndərə bilməz. Azərbaycan Prezidenti yarım əsr irəliyə baxdığını qeyd edir. Onun 50 il öncəni görən bu strateji baxışı nəticəsində qazanılan Qələbə Azərbaycanın 100 illik regional geostrateji arxitekturanı dəyişməsini, 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib.
Bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların İlham Əliyevə böyük inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. İndi Azərbaycan Zəfər marşındadır - sözün bütün mənalarında! İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır - üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin qarşısında yeni perspektivlər açılıb!
Xəbər lenti
Hamısına baxDünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23

