Azərbaycan-Belarus münasibətləri çox dinamik və müsbət inkişaf edir
04.06.2010 [10:10]
Xəbər verildiyi kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli Aleksandr Qriqoryeviç! Hörmətli qonaqlar! Sizi bir daha ürəkdən salamlamaq istəyirəm, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəkdir. Bizim münasibətlərimiz çox dinamik, müsbət inkişaf edir. Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü də uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə və keyfiyyətlə yerinə yetiririk. Buna görə də hesab edirəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafına daha güclü təkan verəcəkdir. çoxlu sənədlərin imzalanması planlaşdırılır, ölkələrimiz arasında hüquqi baza elə indi də kifayət qədər genişdir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri də bu vaxtdan səmərəli istifadə edəcəklər. Mən bilirəm ki, ölkələrimizin hökumətlərinin üzvləri arasında fəal əlaqələr vardır. Bununla belə, həllini tələb edən məsələləri bir daha müzakirə etmək, məncə, faydalı olacaqdır. Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr - energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaqdır. Bu gün biz Sizinlə bərabər geniş gündəlikdəki ikitərəfli məsələləri, regional, beynəlxalq məsələləri artıq ətraflı nəzərdən keçirmişik. Bizim dostluğumuz, eləcə də münasibətlərimizin bu cür səmərəli və müsbət inkişaf etməsi məni çox sevindirir. Azərbaycanda Sizin gəlişinizə həmişə şadıq və mən əminəm ki, Sizin budəfəki səfəriniz uğurlu olacaq, yaxşı nəticələrlə yadda qalacaqdır. Bir daha xoş gəlmisiniz”.
Belarus Prezidenti Aleksandr Lukaşenko səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Hörmətli İlham Heydər oğlu! Əziz dostlar! Əvvələn, mən hörmətli İlham Heydər oğlu, ölkənizdə bizim, o cümlədən həmkarlarımın da həmişə hiss etdiyimiz ənənəvi səmimi, dostcasına qəbula görə Sizə və bu müddətdə bizimlə işləyənlərin hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Xalqlarımız arasında çoxillik sıx və mehriban əməkdaşlıq, qarşılıqlı yardım ənənələri indiki mürəkkəb şəraitdə, xüsusən son dövrlərdə nəinki davam edir, həm də getdikcə geniş vüsət alır. Bu gün ölkələrimiz dövlətçiliyin möhkəmləndirilməsi, öz qüdrətli dövlətinin yaradılması yolu ilə irəliləyirlər. Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda və onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən axşamlar, binalar işıqlandırılanda onların gözəlliyi diqqəti cəlb edir. Eyni zamanda, Sizin binalar bir-birindən gözəldir. Səmimi deyirəm, Sizin uğurlarınıza sevindim. Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz. Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən Prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, dövlət başçıları və hökumətlər arasında olan fəal dialoqun nəticəsində son beş ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artmışdır. Bu sahədə potensialın daha böyük olduğunu deyən Belarus Prezidenti əlaqələrimizin müxtəlif istiqamətlərdə sürətlə inkişaf etdiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi”.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzalayıblar. “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Belarus Respublikasının Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov, “Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Hesablama Palatasının sədri Heydər Əsədov, Belarus tərəfdən Dövlət Nəzarət Komitəsinin sədri Zenon Lomat, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Belarus tərəfdən Dövlət Elm və Texnologiya Komitəsinin sədri İqor Voytov, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında informasiyalaşdırma və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Belarus tərəfdən rabitə və informasiyalaşdırma naziri Nikolay Panteley, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzalayıblar.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şəhidlər Xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Aleksandr Lukaşenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.
Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

