Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir
03.06.2010 [10:02]
Azərbaycan hökuməti “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasının reallaşması nəticəsində zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradıb.
Bakıda keçirilən “Xəzər neft-qaz sərgisi”ndə Prezident İlham Əliyev bildirib ki, zəngin neft və qaz ehtiyatları Azərbaycanın yüksək inkişafına dərin əsaslar yaradıb və enerji resurslarının nəqli ilə bağlı həyata keçirilən diversifikasiya siyasəti respublikamızın uzunmüddətli və davamlı sıçrayışına impuls verib: “Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanın dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. Bu gün Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir”.
ölkəmizə böyük həcmdə investisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələrin ilbəil dərinləşməsi, hasilat sənayesinə yeni sərmayələrin qoyulması yeni ixrac kəmərlərinin tikintisinə baza yaradıb. Enerji resurslarının ixrac marşrutları ilə dünya və Avropa bazarlarına nəql edilməsinin genişlənməsi Azərbaycanın zəngin dövlət kimi qüdrətini artırıb: “Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulmuşdur. Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulmuşdur”.
Bu gün Azərbaycan neft və qaz resursları ilə demək olar ki, bütün bölgə dövlətlərinin enerji təhlükəsizliyinin ödənilməsində mühüm rol oynayır. ölkəmiz Avropa və Asiya dövlətlərinin enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Respublikamız öz tələbatından 7-8 dəfə çox neft ixrac etmək gücünə malikdir. Eyni zamanda, Azərbaycan qaza olan tələbatını tam şəkildə ödəməklə, xarici dövlətlərə 20 milyard kubmetr qaz nəql etməyə qadirdir. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın qaz hasilatı çox böyük ixraca imkan verir: “Bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir. Qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur. Təbii ki, Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur”.
Neft gəlirləri iqtisadiyyatın bazasını təşkil etsə də, enerji ehtiyatlarından əldə olunan valyuta gəlirlərinin qeyri-neft bölməsinə yönəldilməsi bütün iqtisadi və sosial sahələrin tarazlı inkişafına səbəb olub. Diversifikasiya siyasətinin həyata keçirilməsi respublikamızın yaxın perspektivdə yüksək gəlirli dövlətə çevrilməsinə əhəmiyyətli dərəcədə baza yaratmış olur. Qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən, Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olacaq. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq.
Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur. Bu siyasət respublikamızın uzunmüddətli inkişafının təmin olunmasında başlıca rol oynayacaq. Prezident İlham Əliyev deyib ki, diversifikasiya siyasəti ilə bağlı tədbirlər qarşıdakı mərhələdə daha da sürətləndiriləcək: “Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün Azərbaycan enerji, yəni, neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48

