Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulub
18.05.2010 [10:21]
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycana rəsmi səfərə gəlib.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olunub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir: “Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə həmişə olduğu kimi, uğurla əməkdaşlıq edirlər və qarşımızda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərirlər. Əminəm ki, bu gözəl ənənələr gələcəkdə də davam edəcək və xalqlarımız bir-birinə daha da yaxın olacaqlar”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan səmimi qəbul üçün təşəkkür edərək söyləyib ki, Türkiyə-Azərbaycan ayrılmaz iki qardaşdır: “Bizlər bir ailənin iki üzvüyük. Təbii ki, Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlətik. Biz bu kəlamı hər zaman söyləyirik. Bu, təbii ki, sözdə deyil, əməldə də özünü göstərir və göstərəcəkdir. Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik. İnanıram ki, birgə səylərimiz, çalışmalarımız bəhrəsini hər sahədə verir”.
Geniş tərkibdə danışıqlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olub.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir: “Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur”.
“Siyasi əlaqələr çox yüksək səviyyədədir. Baxmayaraq, iqtisadi sahədə hələ çox iş görülməlidir, ancaq onu da qeyd etməliyik ki, qarşılıqlı ticarət dövriyyəsi artır və ticarət dövriyyəsinin strukturu da müsbətdir” - deyən, dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır: “Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək deyib ki, dünyada hökm sürən iqtisadi böhrandan Azərbaycan da uğurla çıxan ölkələrdən biri olub: “Türkiyə də böhrandan ən az zərərlə çıxan ölkələrdən biri oldu. Bu həmrəyliyimizin bizi gələcəyə daha da qətiyyətlə aparacağına inanıram. Hörmətli Prezident bizi Dağlıq Qarabağ mövzusunda məlumatlandırdı. ötən dövr ərzində Azərbaycan münaqişənin həllinə konstruktiv yanaşmışdır və bu mövqeyini davam etdirir. Xüsusilə, Minsk qrupu həmsədrlərinin son təklifi Azərbaycan tərəfdən müsbət qarşılanarkən, Ermənistanın hələ də həmin məsələyə münasibət bildirməməsi Azərbaycanın bu işə konstruktiv yanaşmasını ortaya qoyur. Biz də nüvə təhlükəsizliyi ilə bağlı zirvə görüşündə bu mövzuda bəzi görüşlər keçirdik. çox təəssüflər olsun ki, bu görüşlərdə eyni vəziyyəti gördük. Bu, təbii ki, bizim üçün də arzuolunmazdır. Arzu edərdik ki, orada konstruktiv yanaşmanı görək və bu konstruktiv yanaşma çərçivəsində gələcək daha yaxşı olsun. Biz təbii ki, bu qətiyyətli addımlarımızı eyni şəkildə davam etdirəcəyik. Amma düşünürəm ki, Minsk qrupu da bu dövr ərzində qətiyyətini ortaya qoymalıdır”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülüb. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyiblər.
Azərbaycan dövlətinin başçısı və Türkiyənin Baş naziri abidənin üzərindən ağ örtüyü götürüblər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin önünə əklil qoyublar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Türkiyənin Baş naziri abidənin önünə əklil qoyub. Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

