Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

21.04.2010 [09:21]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlətimizin başçısı Boris Klimçukun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin möhkəmləndiyini vurğulayaraq ötən dövr ərzində nəzərdə tutulan məsələlərin bir çox hissəsinin həyata keçirildiyini qeyd edib. Səfirin Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi işinə öz töhfəsini verdiyini bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Boris Klimçuk ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Diplomat ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 1076 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31