/ / Prezident İlham Əliyev Bakının "Nizami" kinoteatrının binasında aparılan təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Bakının "Nizami" kinoteatrının binasında aparılan təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olub
21.04.2010 [09:21]
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə “Nizami” kinoteatrının binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə son illər paytaxtda və regionlarda tarixi binaların, maddi mədəniyyət abidələrinin təmiri və əsaslı şəkildə yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Nizami” kinoteatrının binasında həyata keçirilən əsaslı yenidənqurma işləri də bu silsilə tədbirlərin davamıdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verərək bildirib ki, fəaliyyətə başlamasından ötən 76 ildə kinoteatrda bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb, su və kanalizasiya xətlərinin nasazlığı nəticəsində binanın özülü yararsız hala düşüb. Ona görə də, ilk növbədə binanın yükdaşıyan konstruksiyaları gücləndirilib, sonra isə müvafiq bərpa və yenidənqurma işlərinə başlanıb.
Bildirilib ki, yeni layihəyə əsasən kinoteatrın binasında dörd zalın inşası nəzərdə tutulub. Avropa standartlarına cavab verən kinoteatrda akustika, filmlərin nümayişi, səs və işıq sistemləri ən müasir standartlar səviyyəsində olacaq. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə milli və Avropa mətbəxini özündə cəmləşdirən 250 nəfərlik restoranın və inzibati otaqların yaradılması nəzərdə tutulub. Binanın zirzəmisi olmadığından havalandırma sistemləri müxtəlif mərtəbələrin daxilində yerləşdirilib.
Qeyd olunub ki, layihədə kompleksdə yanğınsöndürmə, xəbərvermə, videomüşahidə, tüstüsovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması üçün mühafizə-siqnalizasiya yolları haqqında səsli xəbərvermə, eləcə də, yanğınsöndürmə üçün 450 kubmetrlik su anbarının tikintisi nəzərdə tutulub. Layihədə, eyni zamanda, sərnişin və yük liftlərinin, yükqaldıran mexanizmlərin və sistemlərin quraşdırılmasının da nəzərə alındığı qeyd edilib. Yeni layihəyə əsasən kinoteatrda, həmçinin, elektrik təchizatı məqsədilə 1600 kilovatlıq iki transformator məntəqəsi yaradılacaq və dizel generatoru quraşdırılacaq.
Məlumat verilib ki, daxili dizayn işlərində ən müasir üsullardan istifadə olunacaq. Əsaslı təmir və yenidənqurma işlərinin 2010-cu ilin sonlarında başa çatacağı nəzərdə tutulub.
Bərpa işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı yenidənqurma tədbirlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəvvarələr bağında görülən abadlıq işləri ilə də tanış olublar.
Dövlətimizin başçısına bildirilib ki, bağda yenidənqurma tədbirləri artıq tamamlanmaq üzrədir. Fəvvarələr bağındakı meydançaların və fəvvarələrin bəziləri artıq hazırdır, bəzilərində isə yenidənqurma işləri tezliklə başa çatdırılacaq. Paytaxtın bu istirahət guşəsində işıq dirəkləri tam quraşdırılıb, oturacaqlar hazır vəziyyətdədir. Bağda yaşıllaşdırma tədbirlərinin davam etdiriləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı bildirilib.
Qeyd olunub ki, Fəvvarələr bağının ətrafındakı yaşayış binalarının fasadlarında aparılan abadlıq işləri də tamamlanmaq üzrədir. Bağda abadlıq işlərinin yaxın vaxtlarda başa çatacağı və bu istirahət guşəsinin paytaxt sakinlərinin istifadəsinə veriləcəyi vurğulanıb.
Prezident İlham Əliyev yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

