Azərbaycanda investisiya layihələri uğurla icra edilir
21.04.2010 [09:20]
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də müşahidə olunmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası əvvəlki templə davam edir və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə etməkdədir. Bir sıra dövlətlərdə qlobal böhranla bağlı maliyyə və bank sisteminin problemlərlə üzləşməsi səbəbindən infrastruktur və investisiyayönümlü layihələrin icrası təxirə salınsa da, ölkəmizdə sərmayə proqramlarının icrası davamlı xarakter daşıyıb. Böhrana qarşı təmkinli, çevik və mükəmməl strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti yerli investisiya bazarını nəinki xarici təsirlərdən qorumağa nail olub, eyni zamanda, bu sahəyə sərmayə qoyuluşlarının daha da artırılmasını təmin edib.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, ölkəmizə investisiya qoyuluşları davamlı xarakter almaqdadır: “Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bizim siyasətimiz ondan ibarətdir və maliyyə böhranından belə uğurlu çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı. Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik”.
Qeyd edək ki, sərmayə qoyuluşlarında Azərbaycanın daxili maliyyə resursları xüsusi üstünlük təşkil edir və son illərdə olduğu kimi, 2010-cu ilin birinci rübündə də bu dinamika nəzərə çarpıb. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi nəticəsində, ölkəmizin müasir iqtisadi təhlükəsizlik şəbəkəsi qurulub. Bu isə respublikamızın maliyyə-iqtisadi potensialının artması fonunda sosial layihələrin uğurlu icrasını təmin etməklə bərabər, investisiya proqramlarının davamlılığını stimullaşdırıb. Bu ilin ilk rübündə ümumi sərmayə qoyuluşlarında yerli kapitalın təxminən 80 faizə yaxınını Azərbaycanın daxili resursları təşkil edib. Bu tendensiya respublikamızın maliyyə potensialının yüksək göstəricisi hesab oluna bilər. ölkəmizin maliyyə qüdrətinin artmasında yerli şirkətlərin inkişaf etməsi və onların imkanlarının yüksəlməsi, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin, həmçinin, hökumətin ayırdığı kreditlərin və subsidiyaların çoxalması və digər tədbirlər mühüm rol oynayıb. İnvestisiyalar ölkəmizdə güclü infrastruktur layihələrinin icrasına, yeni yolların və körpülərin tikintisinə, elektrik stansiyalarının və mühüm sosial obyektlərin yaradılmasına və digər layihələrə yönəldilib.
2010-cu ildə investisiya, infrastruktur layihələrinin icrasının davam etdirilməsi ilə yanaşı, onların maliyyə tutumu və miqyasının bir qədər də genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti davamlı xarakter alan infrastruktur layihələrinin və investisiya proqramlarının 2010-cu ildə geniş vüsət alması üçün kifayət qədər maliyyə resurslarına malikdir. Onu da qeyd edək ki, bu il investisiya layihələrində xarici dövlətlərin ən nəhəng şirkətlərinin iştirak payı da artmaqda davam edir. Eyni zamanda, sərmayə proqramlarında dünyanın ən nəhəng maliyyə institutlarının iştirakı nəzərə çarpır.
İnvestisiya layihələrinin icrası qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Həmin sahədə çoxsaylı layihələrin həyata keçirilməsi isə xarici investorların axını üçün əlverişli zəmin yaradır. Məsələn, sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələrin həyata keçirilməsi ölkəmizdə iqtisadiyyatın modernizasiyasını dərinləşdirir ki, bu da xarici şirkətlərin respublikamızda fəaliyyətini stimullaşdırmış olur.
Azərbaycanda investisiyaların həcminin artmasında yaradılmış əlverişli sərmayə mühitini xüsusi qeyd etmək lazımdır. Yəni, xarici sərmayəçilərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühiti onları ən iri layihələrə kapital yatırmağa həvəsləndirir. Bunun nəticəsidir ki, xarici ölkələrin ən nüfuzlu şirkətləri Azərbaycanda böyük həcmli investisiya proqramlarını həyata keçirməkdədir. Hazırda, Qafqaz regionunda reallaşdırılan ən mühüm investisiya layihələri də Azərbaycanı əhatə edir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

