Bu gün Azərbaycan uğurlu inkişaf dövrünü yaşayır
13.04.2010 [09:21]
Azərbaycanın sürətli inkişafı bu gün gözlər önündədir. Təsadüfi deyil ki, uğurla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi olaraq, respublikamız regionun lider dövlətinə çevrilib. Bu, yalnız hərtərəfli düşünülmüş, ölkənin maraqlarına xidmət edən və sistemli strateji addımlar sayəsində mümkün olub.
Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində mərkəzi hakimiyyətin səriştəsizliyi və yarıtmaz siyasəti ölkənin iqtisadi tənəzzülünü sürətləndirməklə yanaşı, xalqı ağır sosial problemlər qarşısında çıxılmaz vəziyyətdə qoymuşdu. Lakin ictimai həyatın bütün sferalarında geriləmənin davam etdiyi, dövlətin mövcudluğunun ciddi təhlükə ilə üz-üzə dayandığı bir vaxtda Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan xalqı və dövləti xilas yoluna qədəm qoydu. Əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müstəqil siyasət xətti ölkəmizi heç bir xarici qüvvənin yardımına ehtiyac hiss etmədən inkişaf etdirməyə, irəliyə doğru aparmağa imkan verir. Bu siyasi kurs Azərbaycan xalqının rifahını, xoşbəxt gələcəyini təmin etmək üçün ölkənin daxili potensialından maksimum istifadəni özündə ehtiva edir.
Bu gün isə bu siyasətin uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, Azərbaycan güclü və sağlam iqtisadiyyata malik bir ölkəyə çevrilib. Bunu, ötən ilin ağır qlobal iqtisadi böhranına baxmayaraq, iqtisadiyyatımızda əldə olunan 9 faizlik artım və digər göstəricilər də sübuta yetirir. Artıq dövlət başçımızın da qeyd etdiyi kimi, iqtisadiyyatımızda keçid dövrü başa çatıb.
Qeyd etmək lazımdır ki, mövcud irəliləyişlər Azərbaycan xalqının sosial rifahına da əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, hər il paytaxtda və bölgələrdə 100 minlərlə yeni iş yerlərinin yaradılması, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi və görülən digər təsirli tədbirlər sayəsində Azərbaycanda əhalinin yoxsulluq həddi minimuma, yəni 11 faizə enib.
Eyni zamanda, icrası uğurla həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikamızın bütün bölgələrinin eyni vaxtda, paralel inkişafını təmin edir. Dövlət başçımızın bölgələrimizə müntəzəm səfərləri, görülən işlərlə yerində tanış olması, lazımi tapşırıqlar verməsi və yerli sakinlərlə təşkil olunan görüşləri regionların inkişafının daim diqqət mərkəzində olduğunu göstərir. Bu baxımdan, Şirvan şəhəri də istisna deyil. Prezident İlham Əliyevin bu yaxınlarda bölgəyə səfəri zamanı çıxışında da bildirdiyi kimi: “Biz Şirvan şəhərinin timsalında Azərbaycanın uğurlu inkişafını görürük”.
Həqiqətən də, son illər həyata keçirilən tədbirlər nəticəsində Şirvan respublikamızın ən böyük və sürətlə inkişaf edən şəhərlərindən birinə çevrilib. Belə ki, dövlət Proqramları çərçivəsində Şirvanda görülən işlər sayəsində bölgənin ümumi məhsul buraxılışı xeyli artaraq, 2008-ci illə müqayisədə ötən il 221 milyon manatdan çox olub, sənaye məhsulunun həcmi isə 186 milyon manat təşkil edib. Eyni zamanda, digər regionlarda olduğu kimi, Şirvanda da özəl sektorun inkişafına böyük önəm verilir. Təsadüfi deyildir ki, burada istehsal olunan sənaye məhsullarının 66,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu göstəricini 2004-cü ilin statistikası ilə müqayisə etdikdə 2,1 dəfə artıma nail olunduğu məlum olur.
Bunlarla yanaşı, Şirvan şəhəri həm də öz gözəlliyi ilə diqqət çəkir. Belə ki, şəhərdə aparılan tikinti-quruculuq işləri, küçə və xiyabanların yenidən qurulması, eləcə də, “Ekologiya ili” çərçivəsində yaşıllıqların artırılması bunu deməyə əsas verir.
Əlbəttə ki, bütün bu nailiyyətlərin əldə olunmasında xalqın ölkə rəhbərliyinə göstərdiyi etimadın ayrıca önəmi var. Azərbaycan xalqının ölkədə həyata keçirilən mütərəqqi islahatlara rəğbətlə yanaşması və ölkə başçısının fəaliyyətini dəstəkləməsi sayəsində respublikamız bu gün, bəlkə də 20 il öncə xəyal kimi görünən zirvələrə yüksələ bilib. Bu səbəbdən də, Prezident İlham Əliyev öz çıxışında əldə olunan uğurlarda Azərbaycan xalqının zəhmətini də yüksək qiymətləndirib: “Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir”.
Beləliklə, Azərbaycanın hazırkı uğurları ölkənin mövcud potensialının düzgün qiymətləndirilməsi və ondan ağıllı istifadə ilə mümkün olub. Heç şübhəsiz, bu strategiyanın davam etdiriləcəyi təqdirdə ölkənin inkişafı qarşısında maneə ola biləcək bütün problemlərin aradan qaldırılacağını əminliklə söyləmək olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

