Azərbaycanda kimya sənayesinin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilməkdədir
06.04.2010 [10:04]
Azərbaycanın keçid iqtisadiyyatını başa vuraraq yeni inkişaf dövrünün tələblərinə uyğun kompleks islahatlar həyata keçirməsi son dövrlər daha geniş vüsət alıb. ölkəmizdə sənayeləşmənin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması isə bir sıra sahələrdə, xüsusilə də kimya sənayesində daha kompleks tədbirlərin və funksional idarəetmə sisteminin həyata keçirilməsini zəruri edir. Kimya sənayesinin neft və enerji sektoru ilə sıx bağlılığı isə bu sektorun vahid idarəetmə sisteminə uyğun tənzimlənməsini şərtləndirir. Bu, həm də kimya sənayesinə xarici investisiyaların cəlb edilməsi və istehsal olunan məhsulun rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev qeyd olunan zəruri tədbirləri nəzərə alaraq, neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərikimya” Dövlət Şirkəti Dövlət Neft Şirkətinin tabeçiliyinə verilib. Onu da xatırladaq ki, dövlət başçısının ötən ilin sentyabr ayında imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı ilə bağlı mühüm proqram və layihələrin hazırlanması nəzərdə tutulub. Yəni, Prezident İlham Əliyev son illərdə neft-qaz emalı və neft-kimya müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinə əsaslı zəmin yaradan addımlar atmaqdadır və “Azərikimya”nın Dövlət Neft Şirkətinin tabeçiliyinə verilməsini də bu islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar.
ümumiyyətlə, son illərdə respublikamızda neft-kimya sənayesi məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması üçün zəruri tədbirlər həyata keçirilməkdədir. Neft-kimya sahəsinin perspektiv inkişaf yolları ilə bağlı təkliflər hazırlanıb və bu sahədə işlər daha da sürətlənib. “Azərikimya”nın tərkibində olan sənaye müəssisələri ölkəmizin sənaye potensialının “onurğa sütunu” hesab olunur. Kimya sektorunda aparılan funksional islahatların məqsədi də qeyd olunan strateji bölmələrin inkişaf etdirilməsi üçün mühüm dövlət proqramlarının həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Xatırladaq ki, son beş ildə Azərbaycanın neft emalı və kimya sənayesi müəssisələrinin inkişafı ilə əlaqədar mühüm layihələr həyata keçirilib. Layihələrin əsas istiqamətləri strateji əhəmiyyətə malik neft emalı, maşınqayırma, metallurgiya və kimya sənayesi müəssisələrinin yenidən qurulmasını əhatə edib və bu sahədə aparılan tədbirlər nəticəsində mühüm dəyişikliklər baş verib. Məlum olduğu kimi, respublikamız neft və qazla yanaşı, emal olunmuş neft məhsullarının ixracatçısı kimi regionda aparıcı mövqeyə malikdir. Azərbaycanın neft məhsulları Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Malta, Türkiyə, Ukrayna, İran, İraq, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixrac edilir. Hazırda ölkəmizdə emal olunmuş məhsulların həcmi 7,5 milyon tona bərabərdir. Buna görə də, qeyd olunan emal sənayesi kompleksinin yenidən qurulması və emal zavodlarında məhsulun keyfiyyətinin yüksəldilməsi üçün işlər gücləndirilib. Məsələn, emal müəssisələrində İtaliyanın “Qlitc” və Rusiyanın “NPT Corp. LTD” şirkətlərinin istehsalı olan ED-AVT-6 qurğusu tətbiq olunur. Bu cür modernləşdirmə məhsulun keyfiyyətinin artması ilə bərabər, onun maya dəyərinin aşağı salınmasına imkan verib. Eləcə də, digər neft emalı və kimya müəssisələrində ən modern emal qurğuları, Alkilen OksiPro və AVT-2 texnologiyaları tətbiq olunmaqdadır. Bütün bu işlərin həyata keçirilməsinə baxmayaraq, emal müəssisələrində modernləşdirilmə işlərinin davam etdirilməsi zəruridir.
Azərbaycanda “Yanacaq-Energetika Kompleksinin İnkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi isə sözügedən sahədə dinamizm elementlərinin daha da dərinləşməsinə impuls verməkdədir. “Azərikimya”nın tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması hökumətin diqqət mərkəzindədir. Azərbaycan ən qabaqcıl texnologiyaları tətbiq etməklə yaxın illərdə istehsal edilən benzinin və digər neft məhsullarının keyfiyyətini Avropa bazarlarına uyğun “Avro-2” və “Avro-3” standartlarına çatdırmağa nail olacaq. Respublikamızda neft-kimya sənayesinin inkişafı ilə bağlı həyata keçirilən strategiyanın əsas hədəfləri alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Hökumət yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisini planlaşdırır. Eyni zamanda, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da prioritetlərdən hesab olunur. Onu da qeyd edək ki, Sumqayıtdakı neft-kimya kompleksinə xarici sərmayəçilər böyük maraq göstərirlər. Xarici investorlardan Rusiya şirkətlərinin kimya kompleksi ilə yaxından tanış olmaq niyyətləri son bir ildə daha çox artıb. Hətta Rusiyanın “Qazprom” şirkətinin də investisiya planlarının olması istisna deyil. “Qazprom” 4 il əvvəl Sumqayıtdakı Sintetik-Kauçuk zavodunun yeni istehsalat bölməsinin əsaslı təmirinə kapital xərcləyib. Rusları cəlb edən strateji müəssisələr sırasında Superfosfat zavodu dayanır. Bu müəssisə ilə xammal mübadiləsi aparan Rusiya şirkətləri son dövrlər sulfat turşusunun və superfosfatın dünya bazarında yaxşı satılmasını nəzərə alaraq, müəssisənin özəlləşdirilməsinə də cəhd göstərir. Bir müddət əvvəl Türkiyənin “Sabançı” şirkətlər qrupunun bu bölgə ilə maraqlandığını gizlətməyən hökumət üzvləri həmin məsələnin yenidən müzakirə ediləcəyinə inanırlar. Fransanın “Technik” şirkəti də araşdırmalara başlayıb. Eləcə də, çin və İranın iş adamları Sumqayıtda gübrə istehsalı müəssisəsinin yenidən qurulmasına maraq göstərirlər.
Onu da xatırladaq ki, kimya sənayesində istehsal olunan məhsulların xarici bazarlara ixracı da geniş vüsət almaqdadır. Hazırda “Azərikimya”nın istehsal məhsulları ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, özbəkistan və s. ölkələrə ixrac edilir. Neft-kimya kompleksinin inkişafı ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi isə Azərbaycanın sənayesinə çox güclü təkan verəcək və ölkəmiz ən yüksək dünya standartlarına cavab verən məhsulları dünya bazarına ixrac edəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

