Regionların inkişafı ilə bağlı geniş və əhatəli layihələr həyata keçirilib
16.03.2010 [10:57]
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrası bütün bölgələrdə genişmiqyaslı tədbirlərin davam etdirilməsi ilə xarakterizə oluna bilər. Proqrama uyğun olaraq, ötən bir il ərzində paytaxtda və rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Bütün bölgələrdə geniş və əhatəli layihələrin həyata keçirilməsi Dövlət Proqramında nəzərdə tutulmuş kompleks tədbirlərin uğurlu icra olunduğunu şərtləndirmiş olur.
2009-2013-cü illəri əhatə edən proqramda iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin birinci ilinin icrasının həm keyfiyyət, həm də miqyas baxımından yüksək səviyyədə yerinə yetirilməsi hökumətin mükəmməl iqtisadi idarəetmə qabiliyyətinə malik olmasını göstərir. Azərbaycan hökumətinin kompleks şəkildə uğurlu islahatlar aparmaq qətiyyətini təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi istər regionların inkişafı, istərsə də respublikamızın tərəqqisi üçün nailiyyətlərin əsasında düşünülmüş islahatlar strategiyası dayanır: “Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir. Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək”.
Qeyd edək ki, 2009-2013-cu illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrası dövründə paytaxtda və bölgələrdə 200-dən çox tədbir görülüb. Yeni proqramın icrasından ötən bir il ərzində regionlarda çalışan insanların gəlirləri 8 faiz artıb.
Prezident İlham Əliyev proqram çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq respublikanın rayonlarına səfər edib. Son bir ildə ölkə başçısının regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfərələri mütəmadi xarakter daşıyıb. Yəni, dövlət başçısı proqram çərçivəsində görülən işləri daim nəzarətdə saxlayıb. Bu faktor isə Prezident İlham Əliyevin vurğuladığı kimi, Dövlət Proqramının icrasında mühüm əhəmiyyət kəsb edib: “Hesab edirəm ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olmuşdur. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni, əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik. Bu gözəl təcrübəyə əsaslanaraq, biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri eyni qayda ilə həll etməliyik”.
Xatırladaq ki, yeni Dövlət Proqramının icrasına daim nəzarət edən Prezident İlham Əliyev ötən müddət ərzində Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı, Ağdaş, Göyçay, Qəbələ rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Dövlət başçısı, ümumiyyətlə, proqramdakı layihələrin icrası ilə bağlı regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin isə təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı bölgələrə səfərləri zamanı 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olub.
Prezident İlham Əliyevin mütəmadi olaraq davamlı xarakter alan bu səfərlərin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. ölkədə siyasi və makroiqtisadi sabitliyin təmin olunması, infrastrukturun inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması rəqabət qabiliyyətli məhsul istehsal edən güclü sahibkarlar təbəqəsinin formalaşmasını daha da möhkəmləndirib. Hökumətin sahibkarlara güzəştli şərtlərlə kredit verilməsini gücləndirməsi isə onların sayının ən yüksək səviyyəyə çatmasına səbəb olub. ötən il bütün iqtisadi rayonları əhatə etməklə sahibkarların kreditlərlə təmin olunması ilə bağlı ayda təxminən 3 dəfə kredit yarmarkası keçirilib və 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kreditlər verilib. Sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması 2010-cu ildə də investisiya siyasətinin əsas istiqamətlərini təşkil edib. Yeni maliyyə ili də sahibkarlar üçün uğurlu başlayıb və bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlə təminatı geniş vüsət alıb. 2010-cu il başlayandan indiyədək Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, İmişli, Saatlı, Biləsuvar, Şəmkir, Samux, Göygöl, Qazax, Tovuz, Ağstafa, Bərdə və Ağdam rayonlarında fəaliyyət göstərən 110-dan çox sahibkar maliyyə vəsaitləri ilə təmin olunublar.
Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tədbirlərin vaxtında və əhatəli şəkildə icra olunması, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası nəticəsində iqtisadiyyatın modernizasiyası, maliyyə-valyuta ehtiyatlarının artması hesabına makroiqtisadi dayanıqlıq potensialının yaradılması qarşıdakı illərdə daha yüksək effekt verəcək. Bu dinamika regionların inkişafının daha da sürətlənməsinə təkan verəcək. Respublikamız regionda aparıcı mövqeyini möhkəmləndirəcək. “Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz öz-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır. Bu gün ölkə daxilində problemlərimiz yoxdur. çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır. Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün məsələlərdə biz istədiyimizə nail olacağıq”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13

