Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görülür
04.03.2010 [11:32]
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınıb. 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülüb. 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilərək istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.
Bir sözlə, hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu günlərdə isə Prezident İlham Əliyev 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi barədə Sərəncam imzalayıb. Sənədə əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (QMKİDK) 14 (on dörd) milyon manat məbləğində vəsait ayrılıb.
ümumiyyətlə isə, qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, onlara dövlət qayğısının gücləndirilməsi Prezident İlham Əliyevin prioritet saydığı məsələlərdən biridir. Onu demək kifayətdir ki, ötən il ərzində qaçqın və məcburi köçkünlərlə bağlı dövlət başçısı tərəfindən iki Fərman, iki Sərəncam imzalanıb. Nazirlər Kabineti isə bu məqsədlə 14 sərəncam və qərar qəbul edib. Yurd-yuvasını tərk etmək məcburiyyətində qalan insanların sosial vəziyyəti, mənzil şəraitinin normalara uyğun olması Prezidentin və bütövlükdə dövlətin diqqətindədir.
Təsadüfi deyil ki, təkcə 2009-cu ildə Bakının Binəqədi rayonu, 2 saylı Evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün hündürmərtəbəli binalar, həmçinin, Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün qəsəbə istifadəyə verilib.
Bu isə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsinin yeni evlərlə təmin olunmasına imkan verib. İl ərzində Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilib. Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən, Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsi Fatmayıda tikilən yeni qəsəbəyə köçürülüb.
ötən il Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdə məskunlaşan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. QMKİDK-dən bildiriblər ki, həmin bina bu günlərdə istifadəyə veriləcək. Bu prosesin davamlı olacağını bəyan edən dövlət başçısı ölkənin iqtisadi inkişafından daha çox əhalinin, xüsusən, qaçqın və məcburi köçkünlərin yararlanacağını və hər bir vətəndaşın ən yaxşı şəraitdə yaşayacağını bildirib. Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllənin açılışındakı çıxışı zamanı bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib: “Siz bu evlərdə rahat yaşayın, yaxşı yaşayın. Siz uzun illərdir ki, turbazada, pioner düşərgəsində çətin, ağır vəziyyətdə yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Dövlət Proqramı qəbul edilibdir və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.
Qəbələ rayonunda bu proses gedir və demək olar ki, ölkəmizin müxtəlif yerlərində biz bu işlərə başlamışıq. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir. Burada yaşayış şəraiti yaxşıdır və əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı yüngülləşdirək”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05

