Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafı üçün geniş perspektivlər var
07.01.2010 [01:26]
ötən ildə Azərbaycan-Türkmənistan münasibətlərində müsbət tendensiyalar özünü daha qabarıq şəkildə göstərdi. Xəzərin sahilində yerləşən və zəngin enerji resurslarına malik Azərbaycanla Türkmənistan arasında qarşılıqlı əlaqələrin genişlənməsi və əməkdaşlığın möhkəmlənməsi təkcə bu ölkələr üçün deyil, ümumilikdə regionun gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, türkdilli və qardaş iki ölkə xalqını, hər şeydən öncə, ortaq mənəvi dəyərlər - dil, din, adət-ənənə, etnik birlik, tarixi siyasi, mədəni əlaqələr birləşdirir. Müasir dövrümüzdə də bu əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə hər iki ölkə türk dünyasının birliyinə öz töhfələrini verməkdədirlər. Türkmənistanın hazırki dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycanla münasibətlərə böyük önəm verilir. Azərbaycan Türkmənistanın həm Xəzərdə qonşusudur, həm də bu ölkənin Qərblə əməkdaşlığının genişləndirilməsində vasitəçi rolunu yerinə yetirə bilər. Bildiyimiz kimi, iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir göstərən əsas amil Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində yaranan fikir ayrılıqlarıdır. O da məlumdur ki, beş Xəzəryanı ölkədən üçü, yəni, Azərbaycan, Qazaxıstan və Rusiya öz aralarında bağladıqları müqavilələrlə bu məsələni həll ediblər. Sevindirici haldır ki, son zamanlar rəsmi Aşqabad Xəzərin statusunun müəyyənləşdirilməsi və mübahisəli neft və qaz yataqlarının işlənməsi məsələlərinin həllinə maraq göstərir. Bu məqsədlə Türkmənistan məsələ ilə məşğul olacaq komissiyanın yaradılmasına da razılıq verib. Əlavə edək ki, növbəti Xəzər sammitinin Bakıda keçiriləcəyi və Türkmənistan prezidentinin ölkəmizə səfər edəcəyi gözlənilir. Bu baxımdan, qədəm qoyduğumuz 2010-cu ilin hər iki ölkə arasında əlaqələrin inkişafı baxımından uğurlu bir il olacağı və Xəzərin statusunun müəyyənləşməsi ilə bağlı irəliləyişlərin baş verəcəyini gözləmək olar.
Türkmənistanın enerji sahəsində Azərbaycanla birlikdə qlobal əhəmiyyətli layihələrdə iştirakı üçün də geniş perspektivlər mövcuddur. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulmaqla Türkmənistan neftinin Avropaya birbaşa nəqli mümkündür. Məlumdur ki, son illərdə rəsmi Aşqabad Avropaya inteqrasiyaya maraq göstərir. Şübhəsiz ki, Türkmənistan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində Azərbaycan müstəsna rol oynaya bilər. Eləcə də, “Trans-Xəzər” qaz layihəsinin reallaşmasına da Azərbaycan-Türkmənistan münasibətləri böyük töhfə ola bilər. Bildiyimiz kimi, Qazaxıstan da “Trans-Xəzər” enerji layihələrinin gerçəkləşməsində və bu prosesdə yaxından iştirakda maraqlıdır. Bu nöqteyi-nəzərdən, gələcəkdə üç ölkənin - Azərbaycan, Qazaxıstan və Türkmənistanın sözügedən məsələdə işbirliyinin yaradılması ölkələr arasında dostluq, qardaşlıq münasibətlərini möhkəmləndirməklə bərabər, bütövlükdə regionda sürətli sosial-iqtisadi inkişaf və inteqrasiya proseslərinə təkan verə bilər.
O da qeyd olunmalıdır ki, Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı üçün təkcə enerji sahəsində deyil, elm, təhsil, turizm, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə də geniş perspektivlər var. Əsas məsələ ondan ibarətdir ki, həm Türkmənistan, həm də Azərbaycan rəhbərliyi potensial imkanları yüksək dəyərləndirir və bu imkanların reallaşdırılması məqsədilə görülən işlərin həcminin və əhatə dairəsinin artmasında maraqlıdırlar. Hesab etmək olar ki, 2010-cu il Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı baxımından yeni bir mərhələnin başlanğıcı olacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

