/ / Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
07.12.2019 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min ağac əkilib.
Dövlətimizin başçısına və birinci xanıma aksiya barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib: Mehriban xanımın təşəbbüsünə əsasən bütün respublika üzrə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı böyük bir aksiyaya başlamışıq. Ağacların hamısı yerli tingliklərdə yetişdirilib və respublikanın bütün rayonlarının sifarişləri üzrə paylanılıbdır.
Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir?
Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, Sabirabad və Saatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək.
Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada?
Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır.
Prezident İlham Əliyev: Hansı ağaclar əkilir?
Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər.
Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır.
Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq.
Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir?
Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq.
Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub.
Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq.
Prezident İlham Əliyev: Çox yaxşı.
* * *
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkiblər.
* * *
Mehriban Əliyeva: Bu ərazidə ümumilikdə nə qədər ağac əkilir?
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov: Yalnız bu ərazidə 5 min.
Prezidentin köməkçisi Anar Ələkbərov: Mehriban xanım, bu hissədə əkilən ağaclar ilə “Nəsimi 650” yazısı formalaşdırılacaq.
* * *
Sonra dövlətimizin başçısı və birinci xanım aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 38 növdə 650 min ağac əkilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların əkiləcəyi ərazilərin elektron xəritəsini hazırlayıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.
Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağac əkilib. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı əkilib. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri və könüllüləri də fəal iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

