/ / Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
26.12.2009 [10:09]
Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılıb. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.
Dövlətimizin başçısı kompleksin universal idman zalı ilə tanış olub. İdmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq quraşdırılıb.
İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan Azərbaycan Prezidentinə məlumat verilib ki, burada 615 tamaşaçı yeri quraşdırılıb. Dövlətimizin başçısı trenajor zalına da baş çəkib. Buradakı avadanlıq müasirliyi ilə diqqəti cəlb edir. İndi ölkəmizdə ənənəvi olmayan idman növlərinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycanda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edən milli strategiya bu baxımdan geniş imkanlar açır.
Bildirilib ki, kompleksdəki zallarda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.
Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir. Prezident İlham Əliyev yeməkxana ilə tanış olub.
Sonra Prezident İlham Əliyev qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusa gəlib. Burada uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 135 oturacaq quraşdırılıb. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar var.
Dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş mehmanxana ilə tanış olub. İkimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standart və bir lüks otaq var.
Açıq havadakı idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada tennis kortları, mini futbol və voleybol meydançaları yaradılıb. Prezident İlham Əliyev kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadiona da baxıb. Ən yüksək standartlara cavab verən stadionda idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon var.
Şağan Olimpiya-İdman Kompleksi üçün ayrıca qazanxana, transformator yarımstansiyası, üç su anbarı tikilib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağaclar və gül kolları əkilib.
Dövlətimizin başçısı kompleksdə görülən işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40

