Moskvada Rusiyada işləyən azərbaycanlı həkimlərlə görüş keçirilib
04.12.2009 [09:37]
Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkənin səhiyyə və tibb sektorunda çalışan azərbaycanlı həkimlərlə görüş keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Azərbaycan Gənclər Təşkilatı tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu həkimlik sənətinin çox mühüm sənət olduğunu deyib: “Həkim valideynlərdən sonra insana ən yaxın adamdır. Biz ona öz sirlərimizi, bədənimizi, sağlamlığımızı etibar edirik. Həkimlik sənəti digər sənətlərdən seçilir. Rusiyada çoxlu sayda peşəkar azərbaycanlı həkimlərin çalışması mühüm faktdır”. Səfir Azərbaycanda səhiyyə sisteminin sürətlə inkişaf etdiyini, yeni xəstəxanalar, poliklinikalar, tibb mərkəzləri açıldığını, bu müəssisələrin ən müasir avadanlıqlarla təchiz olunduğunu deyib. Polad Bülbüloğlu Azərbaycan və Rusiyanın tibb işçiləri arasında təcrübə mübadiləsinin aparılmasını vacib sayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycan Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva insan həyatını xilas edən insanlarla təşkil olunan görüşün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Siz insanlara gələcək üçün ümidlər bəxş edir və ən əsas köməyi göstərirsiniz. Gördüyünüz xeyirxah işlərə görə sizə təşəkkür edirəm”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin iki ilə əvvəl fəaliyyətə başladığını deyən Leyla Əliyeva bu müddət ərzində mədəniyyət, elm, idman, təhsil sahəsində aktiv iş aparıldığını, bununla belə nümayəndəliyini fəaliyyətinin prioritet istiqamətlərindən birinin səhiyyə sahəsi olduğunu deyib. O, Heydər Əliyev Fondunun tibb sahəsində gördüyü işləri sadalayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Leyla Əliyevanın sözlərinə görə, fond 2004-cü ildən şəkərli diabetdən əziyyət çəkən uşaqların problemlərinin həlli istiqamətində layihə gerçəkləşdirir: “2005-ci ilin fevralından isə gerçəkləşdirilən “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Bakıda müasir Talasemiya Mərkəzi tikilib, yeni səhiyyə müəssisələri tikilir, köhnə tibb müəssisələri isə yenidən qurulur. Bu il Uşaq Psixonevroloji Dispanseri açılıb, Əzizbəyov rayonunun Türkan qəsəbəsində poliklinika təmir olunub, Şüvəlanda xəstəxana, Zirə qəsəbəsində müalicə diaqnostika mərkəzi yenidən qurulub və müasir avadanlıqlarla təchiz edilib. 2008-ci ilin aprelində Qala qəsəbəsində müasir tibb mərkəzi qurulub, “Təbəssüm” uşaq sanatoriyası təmir olunub”.
Leyla Əliyevanın sözlərinə görə, Heydər Əliyev Fondu son beş il ərzində 10 mindən artıq Azərbaycan vətəndaşına tibbi yardım göstərib, fondun xətti ilə 763 cərrahiyyə əməliyyatı aparılıb, 100-dən artıq xəstə müayinə və müalicə olunmaq üçün xaricə göndərilib.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə çıxış edən natiqlər bu cür görüşlərin keçirilməsini vacib sayıblar. Görüşün sonunda iştirakçılara mükafat və xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

