Dövlət başçısı İlham Əliyev Ucar-Yevlax avtomobil yolunun açılış mərasimində iştirak edib
20.11.2009 [11:07]
AzərTAc-ın məlumatına görə, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İpək yolu”nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib ki, 52,5 kilometrlik bu yol Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsidir. Bu yol Göyçay-Zərdab yolunun Ucar hissəsindən başlayır və Yevlaxda başa çatır. Ucar, Ağdaş və Yevlax rayonlarının ərazisindən keçən bu yolun 44 kilometri 15 metr enində olmaqla ikizolaqlı, 8,5 kilometrlik hissəsi 27,5 metr olmaqla dördzolaqlıdır. Yenidən qurulmasına 2007-ci ilin aprelində başlanılmış bu yolda 5 körpü tikilib və onların ikisi Kür çayının üzərindədir. Yol boyunca 74 suötürücüsü quraşdırılıb.
Yolun tikintisi həm dövlət büdcəsinin, həm OPEK Fondunun və həm də İslam İnkişaf Bankının krediti hesabına aparılıb.
Tikinti zamanı 612 min kubmetr torpaq işləri görülüb, 635 min kvadratmetr asfalt örtüyü döşənib.
Bu günədək “İpək yolu”nun Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Gəncə-Qazax hissələri istifadəyə verilib. Hazırda Kürdəmir-Ucar, Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşası davam edir. Layihənin ümumi dəyəri 69 milyon 283 min ABŞ dollarıdır. İnşaatçılarla görüşən dövlətimizin başçısı deyib: “Sizi bu yolun tikintisi münasibətilə təbrik edirəm. çox gözəl yoldur, keyfiyyətlidir, böyük “İpək yolu”nun bir hissəsidir və ən yüksək standartlara cavab verir. Mən bu yolun tikintisində iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, gələcək illərdə də yol tikintisi uğurla davam edəcək və Azərbaycanda tikilən bütün yollar ən yüksək standartlara cavab verəcəkdir. Burada həm yerli, həm xarici mütəxəssislər işləyirlər. Bu da çox gözəl əməkdaşlıq nümunəsidir. Sizi bir daha təbrik edirəm. Sağ olun”.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsib.
Dövlətimizin başçısı Kür çayının sağ sahilində - Yevlax şəhərində inşa olunacaq mehmanxana kompleksinin layihəsi ilə də tanış olub. Rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yevlaxda - Kürün sahilində yaradılan bulvar kompleksi barədə məlumat verib. 1,1 kilometr uzunluğunda, 7,5 hektar ərazidə estakadalar üzərində bulvar kompleksi inşa edilir. Tikinti işlərinə 3 aydır başlanılıb. Burada, həmçinin park, çimərlik, balıq ovu üçün göl yaradılacaq. Bulvar kompleksində ən müasir standartlara cavab verəcək 52 otaqdan ibarət beşulduzlu mehmanxana tikilir. Dövlətimizin başçısına Kürün sahilində Olimpiya-İdman Kompleksinin inşa ediləcəyi haqqında da məlumat verilib.
Prezident İlham Əliyev inşaatçıları bir daha təbrik edib, görülən işləri yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

