Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib
01.02.2019 [09:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.
Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını bildirib və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlətimizin başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirib. Tomas Barays səfərdən öncə Angela Merkellə görüşdüyünü qeyd edərək bildirib ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirib. O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu deyib və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Almaniyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

