/ / Aktauda Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
Aktauda Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
13.08.2018 [08:51]
Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşdə çıxış edərək dedi:
-Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirdi, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirdi:
-Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.
x x x
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Çox sağ olun hörmətli Nursultan Abişoviç. Qardaş Qazaxıstan torpağında yenidən olmağımdan çox şadam. Mən birinci dəfə deyil ki, Aktaudayam və ilk növbədə, Sizi böyük nailiyyətlər, dəyişikliklər münasibətilə təbrik etmək istərdim. Şəhər dəyişib, müasirdir, xeyli müasir binalar var, infrastruktur, aeroport. Belə ki, bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir. Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurık limanının açılışı münasibətilə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq. Siz bilirsiniz ki, biz may ayında Ələt limanını açdıq. Yəni, bütöv nəqliyyat inteqrasiyası baş verib. Əlbəttə ki, bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq. Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın imzalanması tarixi xarakterli sənəddir.
Bir çox mürəkkəb məsələlər üzrə konsensusun əldə edilməsində Sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik. Bizim ikitərəfli münasibətlərimizə gəlincə, onlar çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi xatırlayırıq. Nəticələr yaxşıdır, fəal əməkdaşlığın davam etdirilməsinə ümid edirik.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

