/ / Prezident İlham Əliyev Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev Milli Məclisin yeni korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib
26.09.2009 [20:53]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin inzibatı binasının yeni inşa olunmuş korpusunun istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı Milli Məclisin rəhbərliyi qarşılayıb. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və yeni korpus ilə yaxından tanış olub. Məlumat verilib ki, 2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni korpusun təməli qoyulub. Dövlətimizin başçısının göstərişi ilə inşa olunan onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl başa çatdırılıb. Yeni korpusun layihəsini “Azərdövlətlayihə” İnstitutu hazırlayıb, tikinti işlərini əsasən yerli mütəxəssislər həyata keçiriblər. Korpusun tikintisində 700-dək işçi çalışıb. Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Korpusun tikinti sahəsi 1365 kvadratmetr, işçi sahəsi 1255 kvadratmetrdir. Binanın həm xarici görünüşü, həm də interyeri yüksək standartlara cavab verir. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Yeni inzibati binada sürətli liftlər quraşdırılıb. Bina bütünlüklə müasir sistemlərin köməyi ilə havalandırılacaq. Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən şüşəli salon var. Salonda quraşdırılan monitordan Milli Məclisin geniş iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılıb, yanğından mühafizə və müasir havalandırma sistemi quraşdırılıb. Binanın ikinci mərtəbəsi müasir kitabxana üçün nəzərdə tutulub. Kompyuterləşdirilmiş iki oxu zalı olan yeni kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib. İkinci mərtəbədə Milli Məclisin komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas salonu var. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub. Yeni korpusun qalan mərtəbələri isə bütünlüklə deputatlar üçün nəzərdə tutulub. On dörd otaqdan ibarət hər mərtəbədə bir komitə yerləşəcək. Əvvəlki korpusdan fərqli olaraq bir otaqdan iki-üç deyil, bir deputat istifadə edəcək. İnzibati binanın interyerinin qurulmasında, mebel dəstlərinin zövqlə yerləşdirilməsində xarici mütəxəssislərin təcrübəsindən istifadə olunub. Şüşə ilə əhatələnən 15-ci mərtəbədə böyük tədbirlərin və müxtəlif mərasimlərin keçirilməsi üçün geniş salon var. Milli Məclisin yeni korpusunun nəinki MDB məkanında, hətta bir sıra inkişaf etmiş ölkələrdə belə analoqu yoxdur. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim edilib. Parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub.
Prezident İlham Əliyev Milli Məclisin yeni korpusunun inşasını, burada deputatların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirib və qanunverici orqanın işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxElm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54

