Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib

Prezident İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib

16.03.2018 [10:18]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın dünyada tolerantlığın gözəl nümunəsi olduğunu deyib. O, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə müxtəlif kitablar üzərində çalışdıqlarını bildirib. Darxan Kıdırəli prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzulayıb və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Darxan Kıdırəlinin türkdilli ölkələr arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini deyib və “Dostluq” ordenini ona təqdim edib.

Paylaş:
Baxılıb: 1089 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31