/ / Azərbaycan ilə Misir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəklər
Azərbaycan ilə Misir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəklər
01.03.2018 [10:01]
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçib.
Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd edib, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirib. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə edib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirib, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğulayıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirib. Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirlə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxunub.
Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37

